Dünyanın ən tez paslanan avtomobilləri

0
572

Zəminə ən çox həssas və daha tez paslanan avtomobillərin adları açıqlanıb.

 

Bu barədə “Novate” nəşri araşdırma aparıb.

Nəşrin məlumatına görə ən tez paslanan avtomobil “Volqa” markalı maşınlar olub. Hazırda çox nadir gözə çarpsalar da bu maşınlar artıq iki ilə paslanması ilə məşhur olub.

 

İkinci yerdə 2007-2014-cü ilin istehsalı olan “Ford Mondeo” markalı avtomobillər qərarlaşıb. Bu avtomobillərə əsasən də qış mövsümü uzun keçən yerlərdə kuzasının tez deqradasiyası xasdır. Buna bu cür yerlərdə yollara duz səpilməsinin səbəb olduğu bildirilir.

 

Üçüncü yerə isə 1998-2004-cü il istehsalı “Opel Astra” sahib olub. Nəşrin bildirdiyi kimi bu avtomobillər çox keyfiyyətsiz fabrik kuzası ilə təmin edilib. Əgər sahibkar bu avtomobili nəzarətsiz buraxarsa cəmi bir neçə ilə maşın tamamilə pasla örtüləcək.

 

Dördüncü yerdə isə “UAZ Patriot” avtomobilləri qərar tutub. Bu avtomobil də keyfiyyətsiz korroziyaya qarşı örtüyü ilə məşhurdur. Nəticədə bu avtomobillər də çox qısa müddətdə paslanmaya məruz qalır.

Nəşrin araşdırmasında beşinci yeri 1995-2006-cı illərin “Nissan Almera” avtomobili tutub. Necə də etibarlı görsənməyinə baxmayaraq bu maşınlar da əsasən baqaj və mühərrik yerlərinin kapotları, öz qapıları və qapı altılıqlarında tez yaranan pas izləri ilə məşhurdur.

 

Axırıncı yerdə isə 2002-2012-ci illərin istehsalı olan “Mazda 6” markalı avtomobil qərarlaşıb. Nəşrin bildirdiyi kimi bu avtomobillərin də kuzası korroziyaya qarşı yaxşı örtüklə örtülməyib. Əgər sahibkar yaranmış kiçik problemlərə vaxtında müdaxilə etməsə o zaman kuza onun gözləri önündə çürüyə bilər.

BIR CAVAB BURAXIN