Dünyanın ən böyük radioteleskopu işə düşdü

0
308

Xarici informasiya agentliklərinin yaydığı məlumata görə, Çin Xalq Respublikasında (ÇXR) dünyanın ən nəhəng radioteleskopu işə salınıb. Məlumata görə, bu teleskop həm də digər planetlərdə həyat əlamətlərinin axtarışı və «naməlum materiya»nın tədqiqatı məqsədlərilə istifadə olunacaq.

Qurğunun sahəsi 30 futbol meydançası böyüklükdədir, diametri isə yarım kilometr təşkil edir. Onun quraşdırılması üzrə layihə bütövlükdə təqribən 200 milyon dollara başa gəlib. FAST adlandırılan yeni teleskop Çinin cənub-qərbindəki yüksək dağlıq ərazidə yerləşdirilib. O, ötən yarım əsr ərzində məşhur olmuş Aresibo teleskopundan (Puerto-Riko) təxminən iki dəfə böyükdür.

Çin mətbuatı yazır ki, indi 130 metr yüksəklikdə xüsusi şüalandırıcı qurğu yerləşdirdikdən sonra bu elmi cihaz istifadəyə hazırdır.

FAST-ı həm də dünyada ən sürətli sayılan kompüterlərdən birinə (Sky Eye 1) qoşacaqlar. Onun köməyi ilə yerdənkənar həyat formasının axtarışı istiqamətində hesabatlar aparılacaq. Teleskopun tikintisi məqsədilə hakimiyyət orqanları 9 min nəfəri yaşadığı 5 kilometr radiuslu ərazidən köçürüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 1 =