Dünyanın ən böyük almazı rekord qiymətə satıldı

0
500

Dünyanın ən böyük almazı rekord qiymətə satıldı

2016-cı ildə Anqolada tapılan dünyanın ən böyük almazı İsveçrənin Cenevrə şəhərində keçirilən auksionda satılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 404 karatlık almaz 25 milyon funt-sterlinqə (təxminən 56 milyon manat) satılıb.

Bu almaz tamamilə rəngsiz olduğu üçün ən yüksək rəng sinfi hesab edilən D kateqoriyasına aid edilir.

Almaz Hollandiyada 10 nəfərlik zərgər qrupu tərəfindən təmizlənərək qüsursuz formaya salınıb. Daha sonra həmin almas üçün isveçrəli bir zərgər tərəfindən xüsusi sep hazırlanıb.

BIR CAVAB BURAXIN