Dünyanı silkələyən Rokfellerin Xruşşov, Qorbaçov və Fidel Kastro ilə GİZLİ GÖRÜŞÜNÜN SİRRİ

0
955

Dünyanı silkələyən Rokfellerin Xruşşov, Qorbaçov və Fidel Kastro ilə GİZLİ GÖRÜŞÜNÜN SİRRİ

Qüdrətli Rokfeller sülaləsinin yaradıcısı Con Rokfeller haqqında belə bir rəvayət dolaşır. Deyilənə görə o, hələ yeniyetmə yaşında hər kəsə deyirmiş ki, yüz yaşında vəfat edəcək və dünyanı idarə edəcək qədər milyonlara sahib olacaq. Yeniyetmə Rokfellerin “peyğəmbərliyi” qismən doğru çıxdı – milyonlarla ölçülən sərvətə sahib oldu və 97 yaşında dünyasını dəyişdi. Onun özündən heç də az nüfuzlu olmayan nəvəsi Devid Rokfeller isə babasının arzusunu yerinə yetirdi: o, 20 mart 2017-ci ildə 101 yaşında, elə yatdığı yerdəcə dünyasını dəyişib. Özündən sonra isə üç milyardlıq sərvət qoyub. Yəni Forbes jurnalının versiyasına görə o, dünyanın ən varlı adamlarının siyahısında 581-ci yerdədir, amma var-dövlətinin əslində daha çox olduğu deyilir. Çünki Rokfellerin adının dünyanın idarə edən adamlarının siyahısında olduğu bildirilir. Həmin siyahıya isə “cəmi” üç milyard sərvətlə düşmək inandırıcı görünmür.

Publika.az-ın xəbərinə görə, nəvə Rokfellerin adının dünya idarəçilərindən biri kimi hallanması da təsadüfi deyil. Belə ki, Devid qloballaşmanın fəal tərəfdaşlarından olub və bunun üçün maddi-mənəvi olaraq əlindən gələni edib. Üstəlik onun təsir qüvvəsi təkcə paytaxt Vaşinqtonda deyil, Avropa və digər qitələrin də siyasi çevrələrində hiss edilib. Nəinki siyasi çevrələrdə, incəsənət, mədəniyyət sahəsində belə Rokfellər təsirlərini görmək mümkün idi.

Devid Rokfeller 1936-cı ildə Harvard Universitetini bitirib, Çikaqo Universitetində isə doktorluq dərəcəsini müdafiə edib. Nyu-Yorkun meri Fiorello La Qardianın yanında köməkçi işləyib, II Dünya Müharibədində Şimali Afrika və Fransada hərbi xidmətdə olub. 1961-ci ildən, 1981-ci ilə qədər dünyanın ən iri maliyyə qurumlarından olan Chase Manhattan Banka (hazırda JP Morgan Chase) rəhbərlik edib.

Amma söhbət Rokfeller sülaləsindən gedirsə, onların tərcümeyi-halındakı işləri deyil, pərdəarxası fəaliyyəti maraq doğurur. Devid məxfi Bilderberq Klubuna 1954-cü ildə daxil olub (Dünyanı idarə edən təşkilat məhz Bilderberq Klubudur. İllik olaraq dünyanın ən zəngin və nüfuzlu adamları buraya toplaşaraq planetdə nələr edəcəklərini qərarlaşdırırlar).

1970-ci ildə Rokfeller ABŞ-ın xarici siyasətinə təsir edən özəl qurum yaradır. Həmin qurum ABŞ-ın Avropa və Yaponiyadakı mövqeyini nəzarətdə saxlayır. Əlbəttə ki, qlobal mövzularda. Dünyanın “çiçəklənmə”sinə xidmət edən həmin təşkilat hələ də fəaliyyətdədir.

Devid Rokfeller ömür boyu bir çox siyasi liderlərlə əməkdaşlıq edib. Bunların sırasında Nikita Xruşşov, Mixail Qorbaçov, Yuri Lujkov, Fidel Kastro, Ənvər Sadat və başqalarının adlarını çəkmək olar.

Amma milyarder özü həmişə dünya idarəçiliyi faktını inkar edib. O, özünü filantrop, dünyanın çiçəklənməsinə çalışan bir maliyyəçi kimi təqdim etməyi sevirdi. O, dünyanın başına gələ biləcək problemlərdən, əsasən də su və enerji ehtiyatlarının çatışmazlığından narahat idi.

İndi amerikalılar deyirlər ki, Devid Rokfeller ölkəni çətin vəziyyətdəykən qoyub getdi. Hazırda ölkəni daha bir milyarder, amma tamamilə əks düşüncəli Donald Tramp idarə edir. Yəni Rokfellerin mücadilə etdiyi hər şey – ölkəsinin tərəqqisi, dünya üzərində ağalığı, vahidliyi təhlükəylə üzləşib.

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN