Dünyanı heyrətləndirən qadınlar: Həzrəti Məryəm (3)

0
1928

Arazinfo.com saytı “Dünyanı heyrətləndirən qadınlar” silsiləsindən həzrəti Məryəmlə bağlı yazının sonuncu hissəsini təqdim edir:

Digər bir iddiada isə Hz. Məryəmin Hz. İsa çarmıxa çəkildiyi zaman İsanın aşiqi olduğu həvarinin yanında bacısı ilə birlikdə olduğu göstərilir. Əlbəttə, ana bütün hallarda anadır və o çarmıxa çəkilmiş oğlunun əzablarını sarsıntı keçirmədən qarşılaya bilməzdi. Amma nə üçünsə İncildə Hz. İsa çarmıxa çəkilərkən Hz. Məryəmin buna hansı yanğı ilə cavab verdiyi və belə bir dəhşətli dərdə necə dözdüyü barədə susmağa üstünlük verirlər. Niyə? Bax bunun səbəbini anlamaq çətindir. Ola bilsin ki, oğlu çarmıxa çəkilərkən Hz. Məryəm axır zaman peyğəmbəri barədə nə isə deyib və ya xrsitian teoloqlarını qane etməyən və onların istəkləri ilə üst-üstə düşməyən hansısa sözlər söyləyib. Bu isə sonralar incili tərtib edənləri Hz. Məryəmin çiyərparası barədə dedikləri ilə bağlı susmağa məcbur edib. Bütün bunlar da İncili tərtib edənlərin bəzi məqamlarda öz maraqlarını haqq sözündən üstün tutduqlarını göstərir.
İncildə qeyd edilməməsəinə baxmayaraq Hz. Məryəm ciyərparasının cansız bədəninə sarılaraq uzun müddət onu buraxmamışdır. Həzrəti İsanın göylərə yüksəlməsindən sonra Hz. Məryəmin 3 və yaxud15 il yaşadığını, Qüdsdə və ya Efesdə vəfat etdiyini ehtimal edirlər. Hz. Məryəm dəfn edildikdən bir neçə gün sonra həvarilər onun məzarını açmış, ancaq qəbri boş görmüşlər. Ona görə də belə güman etmişlər ki, o da Həzrəti İsa kimi göylərə yüksəlib.
Qeyd edək ki, Efes yaxınlığındakı Hz. Məryəm Ana Evi bəziləri tərəfindən hələ də bu müqəddəs qadının ölərək səmaya yüksəldiyi vaxta qədər yaşadığı ev kimi tanınır. Əziz Cohnun İncilinə görə, Hz. İsa göylərə yüksəlməzdən öncə Hz. Məryəmə Əziz Cohnu göstərərək: “Bu sənin oğlundur”, Əziz Cohna isə Hz. Məryəmi nişan verərək: “O sənin anandır”-deyib. Hz. İsanın ölümündən sonra Əziz Cohn və Hz. Məryəmin birlikdə Efesə getdikləri və qısa bir müddət oradakı Konsul kilsəsində (bu günki Hz. Məryəm kilsəsi) qaldıqları rəvayət edilir. Daha sonra Əziz Cohn Hz. Məryəmi Bülbül dağındakı evinə (Efesdəki Məryəm ana kilsəsi) gətirib. Amma Məryəm ananın son günlərini yaşadığı evin yeri zaman keçdikcə yaddan çıxıaraq unudulub.
Həzrəti Məryəm, katoliklər və pravoslavlar
Roma katolikləri Hz. Məryəmin günahı olmadan, yəni heç bir suç işləmədən bakirə ikən Allahın lütfi ilə hamilə olduğuna (immaçulate conception) inanırlar. Onlar Hz. İsanın Hz. Məryəm vasitəsi ilə dünyaya gətirilməsini uca tanrının insanları cəhalətdən xilas etməsi nyyətlərinə xidmət etdiyi qənaətindədirlər. Bununla əlaqədar Roma katolik kilsəsi hər il dekabr ayının 8-də xüsusi bir dini bayramı təntənə ilə qeyd edir. Ümumiyyətlə, günahsız hamiləliyə inanc katolikərin dini sevgilərində önəmli yer tutur. Amma bu məsələdə də katolik, protestant və pravoslav kilsələri arasında fərqli dünya görüşləri mövcuddur. Məsələn, yunan pravoslav kilsəsi günahı olmadan uşağa qalmağı (hamilə olmağı) rədd edir. Onlar Hz. Məryəmin hamiləliyini “ilk günah” (“original sin”) hesab edir və belə düşünürlər ki, hətta o “günah” işləməsəydi belə, yenə də Allah tərəfindən digər qadınlardan qat-qat üstün tutulacaqdı. Yenə də pravoslavlara görə, Hz. Məryəm hər hansi bir adi qadın kimi uşağa qalıb və o da Hz. Adəm kimi günah işləyib. Ancaq bətnindəkinin Hz. İsa olması onun “günah” lardan təmizlənməsinə vəsilə olub. Amma yunan pravoslav kilsəsi Hz. Məryəmin işlədiyi “günah”la bağlı məsələdə öz inancını insanlara məcburi şəkildə qəbul etdirmir və onlara bununla bağlı sərbəst nəticə çıxarmağı tövsiyə edir. Xristian dininin ən böyük qollarından biri hesab edilən protestantlar isə Hz. Məryəmin Hz. İsanı dünyaya gətirməklə bütün günahlarının Allah tərəfindən bağışlandığına və onun saf və müqəddəs bir qadına çevrildiyinə ınanırlar. Protestantlar və yunan pravoslavları Hz. Məryəmi dünyanın ən müqəddəs qadını hesab edərək onu daima qəlblərində yaşadarlar, ancaq katoliklərdən fərqli olaraq onlar Hz. Məryəmin günahı olmadan uşağa qalmasını heç zaman qəbul etməzlər.
Həzrəti Məryəmin son günləri
Biz həm Qurani- Kərim, həmdə də xristian dini qaynaqları əsasında Hz. Məryəmi daha yaxından oxucularımıza tanıtmaq istədik. Buna da səbəb xristian dini qaynaqlarında Hz. Məryəmin həyatı və Hz. İsanı dünyaya gətirməsi ilə bağlı məsələlərin dolaşıq və bəzən də bu müqəddəs qadına layiq olmayan dərəcədə təsvir edilməsidir. Düzdür, həm katoliklər, həm də pravoslavlar, həm də protestantlar Hz. Məryəmin Hz. İsanın anası olması fikrini qəbul edirlər. Lakin onlar arasında Hz. Məryəmin hamilə olması məsələsinə münasibətdə ciddi fikir ayrılıqları var.
Bu fikir ayrılıqları əksər hallarda Hz. Məryəmin müqəddəsliyi üzərinə müəyyən qədər kölcə salmış olur. Bu baxımdan müqəddəs Qurani- Kərimdə Hz. Məryəmə daha geniş yer ayrılması və onun barədə dəqiq məlumatlar verilməsi təsadüfi deyil. Əslində Qurani Kərimdə Hz. Məryəm barədə deyilənlər tamamilə həqiqəti əks etdirir və orada deyilənlər xristian dininin məzhəbləri arasında məsələ ilə bağlı olan fikir ayrılıqlarını tamamilə aradan qaldırır. Bir sözlə Qurani- Kərimdə bakirə ikən Allahın lütfi ilə Hz. İsanı dünyaya gətirən və yaşayışı, keçirdiyi həyat tərzi ilə yüz milyonlarla isanlara nümunə olan bu müqəqddəs qadının saflıq, paklıq nümunəsi olmasının təsvir edilməsi onun haqqında yanlış düşüncələrə sahib olanlara verilən bir cavabdır. Hz.Məryəmin həyatının son günləri ilə bağlı da bəzi fərqli məlumatlar var. Bəzi din tarixini araşdıran tədqiqatçılara görə qadınların ən müqəddəslərindən hesab edilən Hz. Məryəm həvariləri tərk edərək gizli bir guşəyə çəkilmiş və həyatının son günlərini tək tənha yaşamışdır. Amma onun həyatının son günlərini Efesdə və ya Qüdsdə keçirməsi barədə dəqiq fikir söyləmək çətindir. Bununla belə əldə olan məlumatlara mənqtiqi cəhətdən yanaşanda Hz. Məryəmin son günlərini məhz Efesdə yaşadığı qənaətinə gəlmək olar. Bunu 4-cü yüz illiyə aid olan kilsə mənbələri də müəyyən qədər sübut edir. 4-cü yüzillikdə yaşayan və o dövrün ən tanınmış kilsə yazarlarından olan Əziz Epifanın “Panarion” adlı əsərində Hz. Məryəmin və başda Əziz Cohn olmaqla bəzi həvarilərin dinlərini daha geniş yaymaq üçün gizli guşəyə çəkildiklərindən bəhs edilir. Eyni zamanda IV yüzillikdə Qüdsdə araşdırmalar aparan Əzizə Jerome Hz. Məryəmə aid edilən hər hansı bir tikili və ya abidənin qalmadığını bildirir.
Bəzi xristian dini araşdırmaçıları və teoloqları qeyd edirlər ki, adətən Hz. Məryəm və ondan sonrakı dövrlərdə yaşayan müqəddəslər vəfat etdikdikdən sonra əhali tərəfindən xüsusi rəğpbətlə anılıblar və onların xatirələrinə kilsələr ucaldılıb. Efesdəki Hz. Məryəm kilsəsini də Hz. Məryəmin ölümündən sonra onun əziz xatirəsi üçün inşa edildiyi ehtimal edilir. Ona görə də əksər xristian dini araşdırmaçıları Efesdəki Hz. Məryəm ana evini və Hz. Məryəm kilsəsinin bu müqəddəs zatın fəvatından sonra tikildiyini iddia edirlər. Onlar adı çəkilən hər iki binanı Hz. Məryəmin son günlərini Efesdə yaşamasının və burada vəfat etməsinin sübutu kimi dəyərləndirirlər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN