Dünya çempionatında iştirak edəcək 32 xoşbəxt komanda məlumdur

0
568

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib.

Arazinfo.com-un Apasport.az -a istinadən məlumatına görə, mundialda mübarizə aparacaq 32 komanda sırasına qoşulan son yığma Peru olub.

 

Bununla da sayca 21-ci dünya çempionatında medallar uğrunda mübarizə aparacaq bütün xoşbəxtlər dəqiqləşib.

 

DÇ-2018-ə Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma –  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

 

Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

 

Final mərhələsinin püşkatması dekabrın 1-də Moskvada keçiriləcək. Artıq yarışın 32 komandası püşk öncəsi 4 səbətə bölünüb. Rusiya millisi meydan sahibi kimi ilk səbətdə yer alıbsa, digərləri FİFA-nın oktyabr reytinqinə əsasən sıralanıb.

I səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa

II səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya

III səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran

IV səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

BIR CAVAB BURAXIN