DTK ARXİVLƏRİNDƏN: STALİNİ ZƏHƏRLƏYƏRƏK ÖLDÜRÜBLƏR!

0
982

 

stalin

 

SSRİ adlı dövlətin mövcud olduğu illər, ümumiyyətlə, sosial-demokratların meydana kəlməsi, Rusiyada proletar inqilabının qələbə çalması özü müdhiş sirlərlə dolu bir zaman kəsiyidir.

İnsanlar ölkədə baş verənlərdən xəbərsiz olublar… Bunlardan biri də Stalinin öldürülməs ilə bağlıdır.

Poltoranin – SSRİ və Rusiya Federasiyasının dövlət xadimi, Rusiyanın peşəkar jurnalisti, Rusiya hökuməti sədrinin sabiq müavini, 1992-c ildə Sov.İKP sənədləri üzərindən məxfiliyin götürülməsi üzrə idarələrarası komisiyanın başçısıdır. Arazinfo.com Azpolitika.info-ya istinadən Stalinin öldürülməsi ilə bağlı Poltoraninlə müsahibəni təqdim edir:

 

Jurnalist – Stalini necə öldürüblər? Onu zəhərləyiblər?

Poltoranin – Zəhərləyiblər!

Jurnalist – Siz, DTK arxivləri üzərindən məxfilik pərdəsinin götürülməsi üzrə komissiyanın rəhbəri kimi, rəsmi bəyan edirsiniz?

Poltoranin – İosif Vissarionoviç Stalin sui-qəsd nəticəsində ölüb! Lazar Kaqanoviç – 81-ci ildə Amerikadan onun yanına qardaşı (bacısı) oğlu Stüart Kaqan gəlmişdi – Stalini necə öldürdüklərindən danışıb. Kremlin xəstəxanasında onun qardaşı (bacısı) qızı işləyirmiş. Ona tabletka (Trombo ASS) veriblər – qanı «yandırmaq» üçün tabletka. Amma tərkibini dəyişdirsən, bu dərman zəhərə çevrilər. Kaqanoviçin özü bununla fəxr edib. Amma mən, buna o qədər də inanmırdım. Sonra bəzi siyasi xadimlərin, o cümlədən, Ənvər Hocanın(Albaniya dövlətinin başçısı – red.) bəyanatları oldu. Mikoyan onun yanına gedib, konqresdə çıxış edərkən, Ənvər Hoca bəyanatında deyib: «Sovet İttifaqının rəhbərləri həyasız sui-qəsdçidirlər. Onlar indi bütün dünyanı gəzib, fəxr edirlər ki, Stalini necə öldürüblər…».

Onda mən arxivlərə baş vurdum və aydınlaşdırmağa çalışdım ki, əslində nə baş verib?…Stalinin zəhərləndiyini bizdən gizlədirlər, bunun xüsusi əməliyyat olduğunu, buna uzun müddət hazırlaşdıqlarını gizlədirlər. Belə ki, bu çağa qədər Stalinə yaxın olan bəzi adamlar dəyişdirilmişdi. Paskrebışevi aradan götürmüşdülər. Vlasiki – aradan götürmüşdülər. Kremlin komendantı ölmüşdü. Sonra Beriya «LeçSanUpr»un dərmanlar üzrə cavabdeh rəisini dəyişdirmişdi…

Похороны Иосифа Сталина

Onun vəziyyəti pisləşəndə, konsilium oldu… Məlumdur ki, qan və sidikdən analiz götürlülmüşdü. Birincisi, onun qara ciyəri çox genişlənmişdi – bu, insanın zəhərləndiyini göstərir. Leykositlərin (toksinlərlə mübarizə aparan ağ hissəciklər) miqdarı 4 dəfə yuxarı qalxmışdı… Bütün sənədləri, Stalinin xəstəlik jurnalını «təmizləmişdilər» – o, sağlam kişi idi və yalnız hipertoniyanın ilkin mərhələsi və dizlərində revmatizm. Bundan başqa heç nə! Bütün simptomlar göstərilmişdi, zəhərləndiyi və ya zəhərlənmədiyi barədə isə heç nə yazılmamışdı. Amma bir nəfər olub – Stalinin meyitini yaran zaman iştirak etmişprofessor Rusakov. O, «LeçSanUpr»un rəisinə yazıb ki, Stalin zərlənib, həm də sianidlərlə, açıq görsənir ki, sinil turşusu ilə zəhərlənib. Zəhərlənmənin bütün simtomları. Yarğı zamanı aydın olmuşdu ki, Stalinin nəfəs yollarınıqa selikli qişa zədələnib.Pofessor Rusakov bu kağızı verəndən 3 gün sonra ölüb! Bundan əlavə, ləngimədən onun evində axtarış aparılıb, bütün kağızları götürüblər. Amma əslində belə alınıb: diqqətsizlikdənmi və ya nədənsə, Stalinə aid bütün sənədlər (jurnallar, gündəliklər, yarğı haqqındakı materiallar) bir yerə toplanıbmış, professorun sədədləri isə başqa yerdə. Birincini «təmizləyiblər», ikincini isə çatdırıb «təmizləyə»bilməyiblər. Professor isə buraya nəinki «zapiska»nı, həm də sənədlərin surətini qoyubmuş…

Jurnalist – Siz, onu öz əlinizə almısınızmı?

Poltoranin – Bəli, mən özüm onu görmüşəm! Belə-belə işlər…

 

 

BIR CAVAB BURAXIN