![](http://www.arazinfo.com/wp-content/uploads/2017/10/11-223-300x206.jpg)
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun “Neftçilər” stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.