Dostuna zamin duran şəxsin maşınını bank əlindən aldı

0
614

Mingəçevirdə dostuna zamin duran şəxsin avtomobilini bank əlindən alıb. Şəhər sakini Teymur Məmmədov uzun illər dostluq etdiyi Kərəm Əhmədova zamin durararaq, bankdan 2900 manat pul goturməsinə şərait yaradıb. Bir müddət adıçəkilən şəxs krediti ödəsə də, daha sonra işdən çıxdığı üçün ödənişi dayandırıb. Kərəm Əhmədov 3 il öncə bankdan götürülən pulu geri qaytara bilmədiyinə görə, zamin kimi Teymur Məmmədovun 6 min manatlıq maşını cərimə meydançasına aparılıb. Bankdan bildirlib ki, ödəniş edildikdən sonra avtomobil geri qaytarılacaq.

Mingəçevir sakini Teymur Məmmədov hazırda 500 manata yaxın əmək haqqı alır. O, zamin durduğu şəxsin hər ay ödəməli olduğu ödənişin onun maaşından çıxılmasını və avtomobilin geri qaytarılmasını istəyir.

Mütəxəssislərə görə, bank müqavilə üzrə borcu müştəridən birdəfəlik yolla alınmasını tələb edə bilər. Ancaq avtomobilə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər. Qanuna əsasən, məhkəmə müddətində və ya qətnamədən sonra proses həyata keçirilir.

Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, şəxs məhkəməyə müraciət edərək, borcun əmək haqqından tutulmasına yönəldilməsini tələb edə bilər. Xezer xeber

BIR CAVAB BURAXIN