Donald Tramp Vladimir Putinlə gürüşdən imtina edib

0
273

Parisdə ABŞ və Rusiya prezidentləri arasında hər hansı bir görüş keçirilməyəcək.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə NBC-yə açıqlamasında ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Parisdə I Dünya müharibəsinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirləri qısa olacaq və ikitərəfli görüşlər keçirilməsinə imkan olmayacaq. Bununla belə Tramp Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “20”-lərin liderlərinin görüşündə Putinlə qısa, ayaqüstü də olsa belə görüşə biləcəyini istisna etmədiyini bildirib.

Xatırladaq ki, Putin və Tramp arasında Parisdə görüşün keçirilməsinə Fransa prezidenti Emmanuel Makron mane olub. O bunun diqqətin bayram tədbirlərindən yayınmaması səbəbi ilə izah edib.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eight + twelve =