Donald Tramp Türkiyəni hədələyib

0
244

ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə hədələyib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp Tvitterində yazıb ki, əgər ABŞ qoşunları Suriyadan çıxandan sonra Türkiyə kürdlərə (Tramp terrror qruplaşması olan YPG-ni nəzərdə tutur) hücum etsə, onda bunu cavabsız qoymayacaq: ” Əgər türklər kürdlərə hücum etsə,  biz onda onları darmadağın edərik”.

O eyni zamanda qeyd edib ki, kürdlər də Türkiyəni təxribata çəkməməlidirlər.  ABŞ prezidenti belə hesab edir ki, Suriyada 20 millik (32 kilometr) bufer zonası yaradılmalıdır.