Donald Tramp Maduronun öldürülməsi barədə göstəriş verib

0
415

ABŞ prezidenti Donald Tramp mənim öldürülməyim barədə göstəriş verib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə RİA Novosti-yə müsahibəsində Venesuela prezidenti Nikolas Maduro deyib: ” Donald Tramp mənim öldürülməyim barədə xüsusi xidmət orqanlarına, o cümlədən Kolumbiya hökumətinə və Kolumbiya mafiyasına tapşırıq verib. Əgər bununla bağlı başıma bir iş gəlsə və həyatıma sui-qəsd etsələr, onda buna görə Donald Tramp və Kolumbiya prezidenti İvan Duke məsuliyyət daşıyacaqlar”.

O deyib ki, əsl xristian kimi taleyinin Allahın əlində olduğunu bilir. Maduro həmçinin qeyd edib ki, onun mühafizəsi yaxşı təşkil edilib. Xatırladaq ki, 2018-ci ilin avqust ayında Maduroya qarşı sui-qəsd cəhdinə baş vurulmuşdu. Ancaq o bu sui-qəsddən sağ-salamat qurtara bilmişdi. O vaxt Maduro özünə qarşı təşkil edilən sui-qəsd cəhdində Kolumbiyanın keçmiş dövlət başçısı Xuan Manuel Santosu günahlandırmışdı.