Dolların məzənnəsi qalxmaqda davam edir

0
377

dollar-1-768x513

Axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir. “Marja”nın daimi oxucusunun verdiyi məlumata görə, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.
Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.
Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər.

Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − one =