Dizellə işləyən avtomobillərin qiyməti 1500-2 min manat artıb

0
630

Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başlayıb. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.

O bildirib ki, ikinci əl avtomobil bazarında bu ilin əvvəlindən etibarən dizellə işləyən avtomobillər daha çox satılır. Buna da səbəb benzinin qiymətinin artmasıdır. Nəticədə dizellə işləyən 2000-ci illərə aid köhnə E və C klass “Mercedes” və Opel modellərindən qiyməti 10-20% arasında artıb:“Məsələn, dekabrda 11-12 min manata satılan “Mercedes E 240” indi12500-14000 manata təklif edilir.Başqa sözlə,1500-2000 manat bahalaşma müşahidə edilir”.

8-9 min manata satılan “Mercedes C”nin isə qiyməti indi 10-11 min manata kimi qalxıb.

V.Hüseynov bildirib ki, bahalaşma Azərbaycanda məşhur olan Hyundai və Kia modellərinə aid deyil. Çünki bu markalara aid dizellə təhciz edilən avtomobillərdə bir neçə ildən sonra problem yaranır. Ona görə də bu markalara aid dizellə işləyən avtomobillərə maraq azdır.

BIR CAVAB BURAXIN