Madridin “Atletiko” komandasının baş məşqçisi keçmiş oyunçuları, hazırda Londonun “Çelsi” klubunda çıxış edən hücumçu Dieqo Kosta ilə bağlı mətbuata maraqlı açıqlama verib. O yay transferi dövründə Kostanı yenidən komandaya qaytarmaq üçün cəhdlərə baş vurduqlarını, hətta onun buna razılığını belə aldıqlarını bəyan edib. Lakin Simeone “Çelsi”nin Kostanı satmaq istəməməsi səbəbindən transferin baş tutmağını vurğulayıb. Dieqo Simeone: “Kosta özü də dəfələrlə “Çelsi” də oşbəxt olmadığını və yenidən komandamıza qayıtmaq istədiyini bəyan etmişdi. Lakin “Çelsi”nin yeni baş məşqçisi Antonio Konte Kostanın transfer edilməsinə razılıq vermədi. Ona görə də təcrübəli futbolçunu transer cəhdlərimiz baş tutmadı. Ancaq gələcəkdə də Kostanın transferini reallaşdırmaq üçün cəhdləri davam etdirəcəyik. Düzdür, hazırda komandamızda Qrizmann, Korrea, Torres, Qameyro kimi istedadlı futbolçular var. Kostanın transferinə nail olsaq biz daha bir güclü futbolçu ilə heyətimizi güclindirmiş olacaqdıq”,-deyib.
Xatırladaq ki, Kosta 2010-2014-cü illərdə “Atletiko” Madriddə top qovub və bu komandanın heyətində rəqib qapılarından 93 top keçirib. Kosta 2014-cü ildə 38 milyon avroya “Çelsi”yə transfer edilib.