DÇ-2018: Danimarka yoluna davam edir, Argentina üçün həlledici oyun

0
365

 DÇ-2018 davam edir. Bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılıb. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxmışdı. “Xoruzlar”a bu matçda heç-heçə də kifayət edirdi.

Qrupun digər cütlüyündə Avstraliya Peruya məğlub olduğundan, Danimarka üçün də oyun formallığa çevrilmişdi. Gözlənildiyi kimi, qarşılaşma qolsuz bərabərə nəticələnib və Fransa ilə Danimarka 1/8 finala adını yazdırıb.

 

D qrupunda isə artıq 6 xalla 1-ci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin etmiş Xorvatiyanı 1 xala malik debütant İslandiya ilə görüş gözləyir. Şimallılar qələbə qazana bilməsə, qrupda qalacaqlar. Qələbə təqdirində isə onlar eyni xala malik Argentinanın 3 xalı olan Nigeriyaya qalib gəlməsinə ümid etməlidirlər. Lakin bu zaman amerikalılar İslandiyadan az top fərqi ilə qalib gəlməlidirlər. Başqa sözlə, qrupda qalma təhlükəsi ilə üzləşən Argentina mütləq qalib gəlməli, Xorvatiyanın isə İslandiyaya mümkün qədər çox qol fərqi ilə qələbəsinə ümid etməlidir.

 

DÇ-2018

III tur

26 iyun

 

D qrupu 

22:00. Nigeriya – Argentina

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

 

22:00. İslandiya – Xorvatiya

Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)

Rostov-Don, “Rostov Arena”

 

Turnir cədvəli

1. Xorvatiya 2 2 0 0 5-0 6
2. Nigeriya 2 1 0 1 2-2 3
3. İslandiya 2 0 1 1 1-3 1
4. Argentina 2 0 1 1 1-4 1

 

C qrupu

Danimarka – Fransa – 0:0

Sarı vərəqə: Mattias Yorgensen, 45+3

Baş hakim: Sandro Riççi (Braziliya)

Moskva, “Lujniki” stadionu

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 8. Tomas Deleyni (18. Lukas Loreger, 90+2), 10. Kristian Eriksen, 11. Martin Braytvayt, 13. Mattias Yorgensen, 14. Henrik Dalsqor, 17. Yens Srtyuqer-Larsen, 21. Andreas Kornelius (12. Kasper Dolberq, 75), 23. Sisto Pione (15. Viktor Fişer, 60)

Ehtiyat oyunçular: 2. Mikael Kron Deli, 3. Yannik Vesterqor, 5. Yonas Knudsen, 7. Villiam Kvist, 9. Nikolay Yorgensen, 16. Yonas Lossl, 19. Lasse Şone, 22. Frederik Rennov, 20. Yusuf Poulsen (oyunu buraxacaq)

Baş məşqçi: Oqe Hereyde

Fransa: 16. Stiv Mandanda, 3. Prenel Kimpembe, 4. Rafael Varan (k), 7. Antuan Qrizmann (18. Nabil Fekir, 68), 8. Toma Lemar, 9. Olivye Jiru, 11. Usman Dembele (10. Kilian Mbappe, 78), 13. Nqolo Kante, 15. Stiven Nzonzi, 19. Cibril Sidibe, 21. Lyuk Ernandes (22. Benjamin Mendi, 50)

Ehtiyat oyunçular: 1. Uqo Loris, 2. Benjamin Pavar, 5. Samuel Umtiti, 6. Pol Poqba, 12. Korentin Tolisso, 14. Blez Matuidi, 17. Adil Rami, 20. Florian Toven, 23. Alfons Areola

Baş məşqçi: Didye Deşam

 

Avstraliya – Peru – 0:2

Qollar: Andre Karrilyo, 18; Paolo Gerrero, 50

Sarı vərəqələr: Mayl Yedinak, 10; Daniel Arzani, 60; Tom Rogiç, 66; Mark Milliqan, 88 – Yoşimar Yotun, 45; Paolo Urtado, 79

Baş hakim: Sergey Karasyov (Rusiya)

Soçi, “Fişt” stadionu

Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 7. Metyu Leki, 9. Tomi Yuric (4. Tim Keyhill, 53), 10. Robbi Kruz (17. Daniel Arzani, 58), 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 16. Aziz Behiç, 19. Coş Risdon, 20. Trent Seynsberi, 23. Tom Rogiç (22. Cekson İrvayn, 72)

Ehtiyat oyunçular: 2. Miloş Degenek, 3. Ceyms Meredit, 6. Metyu Yurman, 8. Massimo Luonqo, 11. Endryu Nabbut, 12. Bred Cons, 14. Ceymi Maklaren, 18. Denni Vukoviç, 21. Dimitri Petratos

Baş məşqçi: Bert van Marveyk

Peru: 1. Pedro Qallese (k), 4. Anderson Santamariya, 6. Migel Trauko, 8. Kristina Kuevas, 9. Paolo Gerrero, 13. Renato Tapiya (7. Paolo Urtado, 63), 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo (16. Kartagena Vilder, 79), 19. Yoşimar Yotun (23. Pedro Aqino, 46), 20. Edison Flores

Ehtiyat oyunçular: 2. Alberto Rodriges, 3. Aldo Korso, 5. Migel Araujo, 11. Raul Ruidias, 12. Karlos Kaseda, 14. Endi Polo, 21. Xose Karvalyo, 22. Nilson Loyola, 10. Cefferson Farfan (oynamayacaq)

Baş məşqçi: Rikardo Qareka

 

Turnir cədvəli

1. Fransa 3 2 1 0 3-1 7
2. Danimarka 3 1 2 0 2-1 5
3. Peru 3 1 0 2 2-2 3
4. Avstraliya 3 0 1 2 2-5 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − five =