David Xea əmək haqqının artırılmasını istəyir

0
330

“Tottenhem”lə oyunda tutulması qeyri-mümkün hesab edilən 11 qoldan qapısını xilas edən və bununla dünyanın məşhur qapıçıları arasında inanılmaz möcüzəyə imza atan ispaniyalı qapıçı David de Xea “Mançester Yunayted” klubunun rəhbərliyindən  maaşının həftədə 100 min funt-sterlinq artırılmasını istəyib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Mirror qəzeti De Xeanın agentinə istinadən yazıb. Xatılradaq ki, hazırda De Xeanın “Mançester Yunayted”də həftəlik qazancı 200 min funt-sterlinqdir. Bununla bağlı De Xea ilə klub rəhbərliyi arasında danışıqların davam etdirildiyi bildirilir. 28 yaşlı De Xeanın “Mançester Yunayted”lə anlaşması bu ilin iyun ayının 30-da başa çatacaq.