Danimarka öz səfirini Tehrandan geri çağırır

0
512

Danimarka İran xüsusi xidmət orqanlarının ölkədəki fəaliyyəti ilə bağlı öz səfirini Tehrandan geri çağırmağa məcbur olub.

Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu barədə Danimarkanın Xarici işlər naziri Anders Samuelsen mətbuata açıqlamasında bildirib. O bunun səbəbini İran xüsusi xidmət orqanlarının Danimarka ərazisində bəzi terror aktlarına baş vurma cəhdləri ilə əlaqələndirib. Anders Samuelsen deyib ki, məsələ ilə əlaqədar Avropa İttifaqından İrana qarşı yeni sanksiyalar tətbiq edilməsini tələb edəcək.

Xatırladaq ki, oktyabrın 21-də İsveçin Geteborq şəhərində İran əsilli Norveç vətəndaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Terrorçu Əhvazın azad edilməsi üzrə hərəkatın Danimarka şöbəsinin liderini öldürmək niyyətində olub.

 

 

 

BIR CAVAB BURAXIN