Dəhşətli zorlanma hadisəsindən sonra Baş Prokurorluq: Kimyəvi axtalanma qaçılmazdır

0
616

Qazaxıstanın Mangistau vilayətinin sakinləri ölkə prezidentinə müraciət edərək uşaqlara qarşı seksual zorakılığa görə cəzaların maksimum sərtləşdirilməsini istəyiblər.
Bu barədə “NewTimes” agentliyi Qazaxıstanın Baş Prokurorluğuna istinadla məlumat yayıb.
Vilayət sakinləri pedofillərin ömürlük həbs, kimyəvi axtalanma cəzasına məhkum edilməsini, xaricilərin deportasiya olunmasını xahiş ediblər.
Bu yaxınlarda Mangistau vilayətinin mərkəzi olan Aktau şəhərində zorlanmış 6 yaşlı qız ölkədə böyük hiddət doğurub. Xəstəxanaya yerləşdirən azyaşlı komaya düşüb, daha sonra paytaxtdan gələn həkim heyəti qızın Astanaya çatdırılmalı olduğunu bildirib.
Qazaxıstanın səhiyyə naziri Tamara Duysenova uşağın vəziyyətinin sabit ağır olduğunu, amma yaxşılığa doğru ümid yarandığını deyib.
Baş Prokurorluğun açıqlmasında 2015-ci ildə Qazaxıstanda yeniyetmə və azyaşlılara qarşı seksual zorakılğa görə cəzaların sərtəşdirildiyini vurğulanır. 1 yanvar 2015-ci ildə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində həddi-büluğa çatmayanları zorlamağa görə 10 ildən 15 ilədək, azyaşlılara qarşı eyni hərəkətə görə isə 15 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.
Həmin əməli törədənlər amnistiyaya düşə, cəzaları yüngülləşdirilə, şərti cəza ala bilməzlər. Bir sözlə, onlarla hər hansı hüquqi razılşma istisna olunur.
Baş Prokurorluq bəyan edib ki, 1 yanvar 2018-ci ildən pedofillərin kimyəvi axtalanması qaydası tətbiq olunacaq. Məhkəmənin qərarı ilə belələri cinsi həvəsi zəiflədən kimyəvi dərman qəbul etməyə məcbur olunacaqlar.

Teleqraf.com

BIR CAVAB BURAXIN