Dərman şirkətlərinin dövlətə qarşi pensillin təxribatı?

0
671

Dərman  şirkətlərinin dövlətə qarşi  pensillin təxribatı?

Dövlət tərəfindən  dərman qiymətlərinin tənzimlənməsi il əlaqədar qəbul edilən qərar respublikamızda çox işlədilən bəzi dərmanların apteklərdən yoxa çıxmasına gətirib çıxazrıb. Belə ki, son 10-15 gündə Bakıda, eləcə də rayonlardakı apteklərdə  pensillin və onun əvəzediciləri tapılmır.  Bu sətirlərin müllifi dünən və bu gün Bakıda , eləcə də Xırdalan şəhərində  demək olar bütün aptekləri gəzərək pensillin və ya onun əvəzedicilərini axtarib. Hər yerdə də  eşitdiyi bu söz olub: Pensillin və onun əvəzediciləri  yoxdur və olacağını da gözləməyin. Bunun səbəbini soruşanda isə ölkəmizə xaricdən dərman gətirilməsi ilə məşğul olan şirkətlərə pensillin və əvəzedicilərinin gətirilməsinin sərf edılməməsi  cavabını aldım. Məlum oldu ki, pensillin və əvəz ediciləri ucuz qiymətə satildığından  onun respublikamıza gətirilməsində dərman şirkətləri maraqlı deyillər. Yeri gəlmişkən onu da deyək ki, pensillin Azərbaycanda ən çox işlədilir. Yoxa çıxana kimi pensillinin bir ədədinin qiyməti apteklərdə 16-20 qəpikdən satılıb.  Məsələyə aydınlıq gətirmək məqsədi ilə Səhiyyə nazirliyinin qaynar xəttinə- 9103-ə zəng etdik. Oradan isə bizə nazirliyin bu işlə məşğul olmadığını bildirərək 012 596 07 12 saylı telefona zəng etməyi məsləhət gördülər . 0125960712 saylı telefona zəngimizə cavab verən xanım məsələnin araşdırılacağını vəd etdi. Amma məsələ ilə bağlı qaranlıq məqamlar kifayət qədərdir.  Əhali tərəfindən ən çox istifadə edilən pensillin və onun əvəzedicilərinin  yoxa çıxmasında maraqlı olan qurumlar bununla nə etmək istəyirlər? Doğrudanmı onlar dərman qimətlərinin tənzimlənməsi ilə bağlı müvafiq qərar qüvvəyə minəndən sonra bunun əleyhinə çıxmalarını pensillin və onun əvəzedicilərinin respublikamıza gətirilməsini boykot etməklə cavab veriblər? Bizə elə gəlir ki, məsələnın təxribat olub- olmamasının araşdırılmasına ciddi ehtiyac duyulur. Əks halda onların bu hərəkətləri  düşünülmüş şəkildə əhalini dövlətdən narazı salmaq cəhdləri kimi qəbul ediləcək…

Ayazxan Əfəndi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 − two =