Dərbənddə vandalizm: Nizaminin heykəlini təhqir etdilər

0
638

Dərbənddə yerləşən Nizami parkında vandalizm aktı baş verib.  Yerli jurnalist Telman Tahirlinin Lent.az-a verdiyi məlumata görə, parkda əkilmiş şam ağacları çıxarılıb aparılıb, skamyalar sındırılıb, ətrafa xeyli zibil töküblər.

Bundan başqa şairin heykəlinə də ziyan vurulub. Heykəlin barmaqları sındırılıb.

“Heykəl və park artıq neçənci dəfədir ki belə vandalizmlə üzləşir. İki il əvvəl naməlum şəxslər heykəli yandırmışdılar. Bundan sonra Dağıstan rəhbəri Ramazan Abdulatipovun göstərişiylə heykəl bərpa edildi, park abadlaşdırıldı. Hansısa qüvvələr yenə heykəldən və parkdan əl çəkmirlər. Mən Dərbənd şəhər meriyasına müraciət etmişəm ki, ətrafa müşahidə kameraları quraşdırsınlar. Yoxsa, vandalizm davam edəcək”  deyə Telman Tahirli bildirib.

BIR CAVAB BURAXIN