Cümhuriyyətin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

0
774

İyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşki­lat­çılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Tarix İnstitutundan verilən məlumata görə, elmi konfrans Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 

Konfransda iştirak etmək arzusunda olanlar bu il mayın 10-dək 8-10 səhifə həcmindəki məqalələri elektron variantda cumhuriyyetkonfransi@gmail.com e-poçt ünvanına göndərmə­li­dirlər.

 

Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və Təşkilat Komitəsinə göndərilməlidir.

 

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

 

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

 

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Telefonlar: +994125393615; +994125393619.

International scientific conference to be held on the theme “Azerbaijan Democratic Republic: The bright page of Azerbaijan’s statehood history”

 

 

 

On June 27-30, 2018, will be held international scientific conference “Azerbaijan Democratic Republic: The bright page of Azerbaijan’s statehood history”, dedicated to the 100th anniversary of the Azerbaijan Democratic Republic organized jointly by the Institute of History of ANAS, Ataturk Research Center of the Republic of Turkey and Turkish Embassy in Azerbaijan.

 

Those who wish to participate at the conference should send the electronic version of the articles by May 10, 2018 to cumhuriyyetkonfransi@gmail.com. The papers should not exceed 8-10 pages.

 

The papers should be coded (with keywords in Azerbaijani, Russian and English, together with the summaries in Russian and English) and sent to the Organizing Committee.

 

The text of the article should be typed in Times New Roman font Microsoft Word 2007-2010. The font size should be 14, the line spacing – 1.5, the left margin is 3 cm, the right margin is 1 cm, and the top and bottom are 2 cm.

On the left above the title of the article the name and surname of the author, and under it – the name of the institution and organization in which the author works, and the name of the city, academic degree and academic title should be indicated.

Travel costs of the scholars who join the conference from abroad are on their own expense. Hotel and guest costs will be covered by the inviting organization.

 

For more information, please contact the Organizing Committee: Address: Baku city, 115 Hussein Javid Avenue, main building of ANAS, 6th floor, Institute of History. Phone: (+994 12) 539 36 15, (+994 12) 539 36 19.

BIR CAVAB BURAXIN