Con Bolton Cənubi Qafqaza səfər edəcək

0
531

ABŞ prezidenti Donald Trampın Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun yaxın vaxtlarda Azərbaycana, Gürcüstana, Rusiyaya və Ermənistana səfərə çıxacağı gözlənilir.  Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, səfərdən məqsəd ABŞ-ın yüksək səviyyəli dövlət rəsmisinin Cənubi Qafqaz bölgəsindəki vəziyyətlə yaxından tanış olması və bu çərçivədə də Ağ evin gələcəkdə atacağı addımları müəyyən etməsidir. Bolton bölgəyə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistan prezidentləri və digər rəsmi şəxslər ilə görüşərək onlarla ikitərəfli əlaqələri müzakirə edəcək. ABŞ rəsmisinin Bakıda və Yeravanda keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə hədəfi olacağı da istisna edilmir.

 

BIR CAVAB BURAXIN