CNN Trump-la Araz Ağalarovun əlaqələrindən yazdı

0
634

Donald Trump və Araz Ağalarov

Donald Trump və Araz Ağalarov

“Emin fantastik idi” – bunu yeni seçilən ABŞ prezidenti Donald Trump 2013-cü ilin 11 noyabrında azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov haqda Twitterdə yazıb. Və Trumpın bu tvitini Amerikanın CNN televiziyası “Trumpın Rusiya əlaqələri budur” adlı yazısına nümunə kimi qoyub.

Yazının əvvəlində Trumpın 2017-ci ilin 11 yanvarında yazdığı tvit gəlir: “Rusiya heç vaxt mənə təsir etməyə cəhd etməyib. Mənim Rusiya ilə etməli heç nəyim yoxdur- nə iş, nə kreditlər. Heç nə!”

Ancaq CNN yada salır ki, 2013-cü ildə Donald Trump Azərbaycanlı milyarder Araz Ağalarovla Moskvada Kainat Gözəli- “Miss Universe” yarışmasını keçirdi.

Həmin vaxta aid tvitində Donald Trump Araz Ağalarova yazırdı “Sizinlə və ailənizlə möhtəşəm həftəsonu keçirdim. Siz FANTASTİK iş gördünüz. Növbəti – Moskvada Trump Qülləsidir. Emin fantastik idi”.

Yeri gəlmişkən, CNN öz yazısında Eminin o vaxtki klipini yada salmır, ancaq Donald Trump Eminin klipində də çəkilib. Və buna görə heç bir qonorar istəməyib. Klipin qısa məğzi budur ki, şirkət rəhbəri (Trump) iclas keçirir, işçilərdən birinə (Eminə) deyir ki, “nə olub sənə?” “Emin, yuxudan oyan”.

Sonda isə Trump məşhur ifadəsini işlədir: “mən səndən bezdim. Sən işdən qovuldun”

Moskvada Trump Qülləsinə gəldikdə, CNN yazır ki, “bu qüllə tikilməmiş yıxıldı”. ”CNN Moskvada bu adda sona çatmış layihə tapa bilmədi”.

CNN Trumpın Rusiya ilə əlaqələri haqda bütün mümkün məlumatları toplayıb.

Növbəti fakt mətbuatdan çoxdan məlumdur -Trump Palm Beach-dəki villasını Rusiyalı milyarder Dmitry Rybolovlevə 95 milyon dollara satıb.

CNN-in Trumpın Rusiya əlaqələrinə çəkdiyi digər misal, Bayrock Group şirkətinin Floridada və Nyu Yorkda Trump binalarının tikintisini maliyyələşdirməsidir. Bayrock Group-ukeçmiş SSRİmiqrantları yaradıb. Bu şirkətRusiya və Qazaxıstandan olan maliyyə ilə işləyir.

BIR CAVAB BURAXIN