“ÇL-də bəxtimiz gətirmədi” – Ansi Aqolli

0
588

“Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli “İnstagram” hesabında Çempionlar Liqası ilə bağlı paylaşım edib. Futbolçu qitənin ən nüfuzlu klub turnirində komandanın bəxtinin gətirmədiyini düşündüyünü yazıb. O, həmçinin bildirib ki, növbəti mövsüm yenidən hədəfləri ÇL-in qrup mərhələsi olacaq: “Bizim Çempionlar Liqası təcrübəmiz burada başa çatdı. Bu qrupdan iki xal ala bildik və hər kəs bəxtimizin gətirmədiyini düşünür. Ümumiyyətlə, Avropada “Qarabağ” və Azərbaycan səsləri eşitdik. Əminəm ki, hamınız bizimlə qürur duydunuz. Stadionlardakı möhtəşəm atmosfer, bizə göstərdiyiniz səmimiyyət, sevgi üçün təşəkkür edirəm. İndi bir Premyer Liqanı düşünürük. Çünki növbəti mövsüm yenidən Çempionlar Liqasında oynamaq haqqında fikirləşirik”.Qafqazinfo

 

BIR CAVAB BURAXIN