Çinin gizli saxlamaq istədiyi sirlər – FOTOLAR

0
843

 

Çin dünyada hamını təəccübləndirən, eyni zamanda elmi-texniki baxımdan sürətlə inkişaf edərək beynəlxalq aləmin aparıcı dövlətlərindən biri kimi tanınır. Ancaq bütün bu inkişaf fonunda Çinin özünə xas olan və müxtəlif yollarla beynəlxalq aləmdən gizlətməyə çalışdıqları sirləri də az deyil. Bu sirlərin bəziləri əsl çinli xarakterinə uyğun olaraq onun elmi-texniki cəhətdən inkişafı ilə bir ziddiyyət təşkil edir. Bu müstəvidə də Çinin müxtəlif yollarla beynəlxalq aləmdən gizlətmək istədiyi sirlərdən biri də ölkədə olan liliputlarla bağlıdır. Liliputlara dünyanın hər yerində az sayda da olsa rast gəlmək mümkün olsa da, Çində onların sayı daha çoxdur. Amma Çində ölkənin imicinə zərər gəlməsin deyə liliputlar barədə ümumiyyətlə danışmamağa üstünlük verirlər. Bununla belə hər şeydə işgüzar olan çinlilər liliputlardan da qazanc mənbəyi kimi istifadə etməyi bacarırlar. Belə ki, Çində liliputlardan ibarət qeyri-adi park fəaliyyət göstərir. Yüzlərlə liliput bu parkda turistlər üçün şou göstərir və iş adamları bundan hər il milyonlarla dollar gəlir götürürlər. Buna da səbəb liliputlar parkının turistlər tərəfindən ən çox ziyarət edilən ən sevimli yerlərdən biri olmasıdır.

Çin dünyanın ən böyük xristian ölkəsinə çevrilir

Çində hələlik çoxları üçün məlum olmayan və Avropanı məmnun edən daha bir “sirr”in üstündən sükutla keçməyə cəhd edirlər. Bu da Çində xristianlığın sürətlə yayılması ilə bağlıdır. Belə ki, hazırda Çində olan xristianların sayı İtaliyada olduğundan daha çoxdur. Halbuki min illərboyu Çində din dəyişmək məsələsinə ciddi yanaşıblar və onlar öz dədə-baba inanclarına olduqca sadiq olublar. Amma avropalı missionerlər tədricən çinliləri öz təsirləri altına almağa başlayıblar və nəticədə ölkədə xristianların sayı sürətlə artmaqdadır. Araşadırmalar göstərir ki, belə davam edəcəyi halda yaxın 20-25 ildə Çində xristianların sayı 300-350 milyon nəfərə çatacaq. Bu isə heç də kiçik rəqəm deyil. Çinlilərin xristian dinini qəbul etməsi onların avropalılaşmaya meyl etmələri, getdikləri ölkələrdə özlərinə münasibətin dəyişməsinə nail olma istəyi ilə izah edilir. Təbii ki, xristian çinlinin Avropada və ya Amerikada ətrafındakılarla inteqrasiyaya girə bilməsi, onlarla dil tapması və işlədikləri yerlərdə özlərinə daha səmimi münasibətin bəslənilməsi imkanları daha yüksək hesab edilir. Amma çinlilərin özləri də özləri haqqında yarızarafat yarıgerçək dedikləri: “Çinli dünyanın harasında olmasından və yaşamasından, hansı dinə, məzhəbə quluq etməsindən asılı olmayaraq çinli olaraq qalmaqda davam edir”,-sözlərində bir həqiqət var.

Anadan qüsurlu doğulan uşaqlar

Çinlilərin sirr kimi saxlamaq istədikləri digər bir amil isə bu ölkədə həddindən artıq uşağın anadan qüsurlu doğulmasıdır. Hər il Çində 1,2 milyon uşaq anadangəlmə qüsurla doğulur. Bu rəqəm ildən-ilə artmaqdadır. Məsələn, 2001-ci ildən başlayaraq son 15 ildə Çində anadangəlmə qüsurla doğulan uşaqların sayı 40 faiz artıb. Bu isə o deməkdir ki, Çində hər 30 saniyədən bir qüsurlu uşaq anadan olur. Çində bunun səbəbini ölkədə ekoloji vəziyyətin ağır olması, həmçinin əhalinin daha çox süni yolla əldə edilən ərzaq məhsullarından istifadə etməsi ilə izah edirlər. Hər halda Çində havanın həddindən atıq çirklənməsi məlumdur. Hökumət orqanları əksər hallarda bu faktın üzərindən sükutla keçmək istəyirlər. Havanın çirklilik dərəcəsi bəzən o həddə çatır ki, insanlar küçələrdə oksigen maskaları ilə gəzməli olurlar. Havanın belə dəhşətli şəkildə çirklənməsinə səbəb isə Çində sənayenin sürətlə inkişaf etməsidir. Bu da öz növbəsində anadangəlmə qüsurlu uşaqların doğulmasında katalizator rolunu oynamaqdadır. Yeri gəlmişkən onu da deyək ki, Çində havanın dəhşətli şəkildə çirklənməsinin təsiri ABŞ-ın San-Fransisko şəhərində də hiss edilir. Belə ki, külək çirkli havanı Çindən San-Fransiskoya apararaq orada da ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Əhalinin digər problemi isə suyun da dəhşətli şəkildə çirklənməsidir. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 700 milyon nəfəri çirklənmiş sudan istifadə edir. Buna səbəb zavod və fabriklərdə zəhərli çirkab sularının çaylara axıdılmasıdır. Çirkli sudan istifadə də öz növbəsində qüsurlu aşaqların doğulmasınnın daha bir səbəbi hesab edilir.

Boş göydələnlər və insan yaşayan mağaralar

Çində çoxları üçün təəccüblə gələ biləcək digər bir fakt da diqqəti cəlb etməkdədir. Bu da ölkədə milyonlarla yaşayış evinin boş olmasıdır. Halbuki Çində əhali artımı yüksək olduğundan mənzilə tələbat da kifayət qədərdir. Rəsmi məlumatalara görə, ölkədə 65 milyon adamın yaşaya biləcəyi boş mənzillər var. Onlar Çinin hər yerinə səpələniblər. Bəzən böyük mikrarayonlar bom-boşdur və orada insanlar yaşamırlar. Başı göylərə ucalan göydələnlərin yanından keçəndə insanları istər-istəməz vahimə basır. Yaşayış binalarının boş olmasına səbəb isə orada insanların yaşamaq istəməməsidir. Vaxtı ilə Çində tilkinti bumu gedirdi və nəticədə hər yerdə minlərlə yaşayış binası inşa edilirdi. Belə güman edilirdi ki, bu mənzillər qısa müddətə satılacaq. Lakin əhalinin maddi imkanlarının aşağı olması və buna paralel olaraq şəhərlərdə iş tapmağın çətinliyi kəndlərdən şəhərlərə axına mane oldu. Müəyyən güzəştlərlə bu yaşayış binalarını satmaq istəyi isə hələlik arzu edilən nəticəni verməməkdədir. Nəticədə Çində 65 milyon mənzildə yaşayan yoxdur. Xatırladaq ki, Çində yoxsulluq səviyyəsi yüksəkdir. Ölkədə 100 milyon insan aclıqdan və əmək haqqının aşağı olmasından əziyyət çəkir.

Amma ölkədə boş olan mənzillərlə ziddiyət təşkil edən digər bir amil də mövcuddur. Bu da hazırda 35 milyon çinlinin qədim dövrlərdə olduğu kimi mağaralarda yaşamasıdır. Şensi əyalətindəki mağaralarda daha çox çinli yaşayır. Onların gündəlik adi həyatı bütün Çində olduğu kimidir.

Nəhayət, Çinin haqqında danışmağı sevmədiyi sirlərindən biri də internet üzərində sərt nəzarətin olmasıdır. Çindi əhali Feysbukdan, Tvitter-dən, Gmail-dən istifadə edə bilmir. İnternet üzərinə qoyulan qadağa isə daha çox xaricdən gələn zərərli amillərin qarşısının alınması cəhdi ilə bağlıdır.

BIR CAVAB BURAXIN