Çində nəhəng neft yatağı aşkarlanıb

0
433

Çinin “PetroChina” dövlət neft şirkəti ölkənin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar vilayətində dünyanın ən iri neft yataqlarından birini aşkarlayıb.

Bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aşkar olunan yataqda geoloji ehtiyatların həcmi 1,24 mlrd. ton (9 mlrd. barel) təşkil edir. “PetroChina”nın regional şirkəti “Xinjiang Oilfield”in rəhbəri Tan Yun bildirib ki, aşkar olunan 1,24 mlrd. ton geoloji ehtiyatların 520 mln. tonu (3,8 mlrd. barel) və ya 42%-i təsdiq olunub: “Bu isə ABŞ-ın “Hemlok” və Braziliyanın “Kampus” yataqlarındakı ehtiyatlardan çoxdur”.

Tan Yun həmçinin qeyd edib ki, 1990-cı illərdən bu regionda kəşfiyyat işləri aparılsa da, texnologiyanın zəif olması işi mürəkkəbləşdirib. Yeni yatağın kəşf olunması regionda neft-qaz kəşfiyyatı üçün perspektivləri genişləndirir.

Xatırladaq ki, Çinin hazırda ən iri neft yatağı olan “Datsin” Xeyluntzyan əyalətində yerləşir və 5,7 mlrd. ton (41,6 mlrd. barel) ehtiyata malikdir. Report

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × four =