Çin sualtı donanmasını gücləndirir

0
542

 

Xarici KİV-in yaydığı məlumata görə, Çin özünün sualtı donanmasını fəal şəkildə genişləndirir və say etibarilə demək olar, ABŞ-la bərəbərləşib.

«South China Morning Post» qəzetinin yazdığına görə, hal-hazırda Çin milli-azadlıq ordusunun hərbi-dəniz qüvvələri ən azı, 70 sualtı qayığa (bəzi məlumatlara görə, 73), o cümlədən, 16 atom sualtı qayığına malikdir. ABŞ-da isə sualtı qayıqların sayı 75 ədəddir.

Çin Xalq Respublikasında (ÇXR) ən müasir sualtı qayıq hələlik, ballistik nüvə raketləri ilə atəş açmaq üçün nəzərdə tutulmuş «Tszin» sinifli raket daşıyıcısı (094 layihəli) sayılır. Pentaqonun məlumatına görə, ÇXR ordusunun sərəncamında 4 belə sualtı qayıq var, bir ədədi isə tikilməkdədir. Qayıqların böyük hissəsinin Xaynan adasında yerləşən gizli sualtı bazada saxlandığı bildirilir.

Eyni zamanda, ÇXR yeni nəsil sualtı qayıqların hazırlanması üzərində iş aparır. Ekspertlər ehimal edirlər ki, yeni qayıqlar JL-3 markalı və daha güclü qitələrarası ballistik raketlərlə təchiz olunacaq. Cənubi-Çin dənizindən atılacağı təqdirdə, bu raketlər ABŞ ərazilərinə çata bilər. Hesab edilir ki, yeni sualtı qayıqlar bir sıra yüksək keyfiyyətlərə (uzaq məsafəyə atəş açmaq, mobillik, görünməzlik və efektlilik) malik olacaq.

BIR CAVAB BURAXIN