“Çin saxta Linkedln profillərindən ölkə siyasətçilərinə qarşı istifadə edir”

0
499

Çin saxta Linkedln profillərindən Almaniya rəsmiləri və siyasətçiləri barədə xəbər toplamaq üçün üçün istifadə edir. Bunu Almaniyanın kəşfiyyat oqranları (BfV) bildirib.

Onlar deyirlər ki, Çin bu internet platformasından mümkündür ki, informasiya toplamaq üçün azı 10 min almanı hədəfə alıb.

Bu məqsədlə saxta profillər dövriyyəyə buraxılıb.

BfV rəhbəri Hans-Georg Maassen deyib ki, bu hesablar Almaniya siyasətini “sarsıtmağa cəhd edib”.

“Bu geniş maştablı cəhdlər parlamentə, nazirliklərə və hökumət agentliklərinə edilib”, Hans-Georg Maassen bildirib.

Çin əvvəllər kiber-casusluqla bağlı ittihamları rədd edib, ancaq Almaniyanın bu iddialarına, hələlik cavab verməyib.

BfV Almaniya Linkedln istifadəçiləri ilə əlaqədə olan profillərdən 8-ni açıqlayıb. Bu profillər digər istifadəçilər üçün cəzbedici şəkildə hazırlanıb və mövcud olmayan gənc Çin mütəxəssislərini “təmsil edir”.

Məsələn, “Allen Liu” adlı bir hesabda onun iqtisadi məsələlər məsləhətxanasında insan resursları meneceri olduğu göstərilir. “Lily Wu” adlı digər hesabda onun Çinin şərqində beyin mərkəzində işlədiyi öz əksini tapıb.

Amma BfV deyir ki, bu hesablar saxtadır.bbc. com-azeri

BIR CAVAB BURAXIN