Çin: Küçədə özünə lazım olan yol nişanı çəkən kişi cərimələnib

0
691

Çinin şərqindəki Jiangsu vilayətinin Lianyungang şəhərində küçədə yeni yol nişanları çəkən zaman videokameraya düşmüş vətəndaş cərimələnib.

Arazinfo.com BBC.com-azeri-yə istinadən xəbər verir ki, Cai adlı 28 yaşlı şəhər sakini öz əməlini gündəlik evdən işə və geriyə yolunu asanlaşdırmaq üçün etdiyini deyib.

Bu əmələ görə ona 1,000 yuan (151 dollar) məbləğində cərimə kəsilib.

Sentyabrın 27-də Cai əlində ağ boya ilə dolu olan çənlə yol hərəkətinin istiqamətini dəyişmək üçün küçədə yeni nişanlar çəkən zaman videokameraya düşüb.

Cai onu saxlayanı polisə bildirib ki, hər gün avtobusda işə yollanarkən tıxaclarda xeyli vaxt itirməsindən təngə gəlib.

Mr Cai told police why he had painted on the road

 

“Mən fikir verirdim ki, düz istiqamətdə hərəkət zolağı həmişə maşınlarla sıx dolu olduğu halda, küçənin sol hissəsi boş olur. Odur ki, düşündüm, nişanlara əl gəzdirsəm, gündəlik yolum yüngülləşər”, kişi polisə deyib.

Yol polisi isə həmin vətəndaşın əməlinin “çox təhlükəli olduğu” və yol qəzası ilə nəticələnə biləcəyi qənaətindədir, Modern Express nəşri yazıb.

Cai-in dəyişdiyi nişanları əvvəlki vəziyyətə gətirmək üçün, Yol polisi əlavə xərc çəkməli olub.

Çin sakinləri ilk dəfə deyil ki, yol nişanlarında özlərinə uyğun düzəliş edirlər.

May ayında, ölkənin şərqindəki Zhejiang şəhərində sürücü tabaşirlə maşını üçün yolda park yeri çəkən zaman videokameraya düşmüşdü və bu hərəkətinə görə polis onu cərimələmişdi.

BIR CAVAB BURAXIN