Çin ABŞ-ın vitse-prezidentini böhtanda itiham edib

0
296

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin ABŞ-ın vitse prezidenti Mayk Pensi ölkəsinə böhtan və iftira atmaqda günahlandırıb.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xarici işlər nazirliyinin saytında yerləşdirilən məlumatda Xua Çunin Pensin Çin haqqında dediklərinin hər hansı əsasa söykənmədiyini və bütün bunların iftira və böhtandan başqa bir şey olmadığını qeyd edib. Onun sözlərinə görə, Çin hökumət dairələri həmişə başqa bir ölkənin, o cümlədən də ABŞ-ın  daxili işlərinə müdaxilə etməmək siyasəti yeridib və belə bir mövqeyini gələcəkdə də davam etdirəcək. Xua Çunin təmsil etiyi xarici işlər nazirliyi adından tələb edib ki, ABÇ iki ölkə münasibətlərinə zərər vuracaq belə hərəkətlərindən əl çəksin.

Xatırladaq ki, ABŞ-ın vitse preidenti Pens Çini ABŞ-da keçiriləcək  seçkilərə müdaxilə etməkdə və bu yolla ölkə prezidentinin digəri ilə əvəz olunmasına cəhddə günahlandırmışdı.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 + 2 =