Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

0
438

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.  1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.

Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq. “Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır. Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi. Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.(apasport)

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

10 aprel

22:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

Roma. Olimpiya Stadionu

İlk oyun – 1:4

22:45. “Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Mançester. Şəhər stadionu

İlk oyun – 0:3

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 2 =