Xəbər verdiyimiz kimi, sentyabrın 13-də axşam Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Turun ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Türkiyənin “Beşiktaş” klubu Portuqaliyada “Benfika”nın qonağı olub. Matçın 12-ci dəqiqəsində hesabda geri düşən İstanbul klubu son anda məğlubiyyətdən qaça bilib – 1:1.
“Barselona” doğma meydanda “Seltik”i daramadağın edib – 7:0.
PSJ – “Arsenal” oyunu 1:1. “Bavariya” – “Rostov” oyunu isə 5:0 hesabı ilə başa çatıb.
Bir daha xatırladaq ki, qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin “Mançester Siti” və Almaniyanın “Borussiya” (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.
Qarşılaşma dünən axşam Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilməyib.
Virtualaz.org