“Çelsi”-də Konte ilə oyunçular arasında gərginlik böyüyür

0
533

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Çelsi”də daxili gərginlik davam edir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte ilə oyunçular arasında yaranmış narazılıqlar artıq geniş miqyasda müzakirə olunmağa başlayıb.

 

Bu sözlərdən narahat olan italiyalı məşqçi ötən gün mətbuat konfransı keçirib. Konte əvvəlcə futbolçuların onun məşq metodlarından narazılıqları haqqında yayılmış xəbərlərdən narahat olduğunu dilə gətirib.

 

İtaliyalı mütəxəssis daha sonra iddiaları cavablandırıb: “Ətrafımızda bəzi axmaq hadisələr oldu. Eyni şeylər keçmişdə də yaşanmışdı. Klub və oyunçularla mənim aramda uçurum yaratmaq istəyirlər”.

 

Konte müntəzəm olaraq haqqında komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərdən narahat olduğunu da bildirib: “Bir mesaj vermək lazımdısa, mənə desinlər. Köməkçilərimin adını bura qarışdırmaq düzgün deyil. Məqsəd məni vurmaqdısa, vurun, başqalarını qatmayın”.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında geridə qalan 9 oyundan sonra 5 qələbə, 1 bərabərlik və 3 heç-heçə ilə 16 xal toplayan “Çelsi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

BIR CAVAB BURAXIN