Casuslar Putini niyə sevirlər?

0
338

Xarici Kəşfiyyat Xidmətinin direktoru Mikhail Fradkov, Putin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov

Xarici Kəşfiyyat Xidmətinin direktoru Mikhail Fradkov, Putin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov

İlkin olaraq Kremlin daxildəki hakimiyyətini qorumaq üçün yaradılmış Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyanın xarici əməliyyatlarında get-gedə daha çox iştirak edir. Gizli polislərin kəşfiyyat işinin ənənələrindən çox da xəbəri olmayan, Putin-in himayəsinə sığınan yeni nəsli Rusiya kəşfiyyatının təbiətini kökündən dəyişib.

FSB-nin ABŞ-da Hillary Clinton-un seçki kampaniyasına mane olmaq üçün məlumat sızdırdığı, Avropada ekstremist partiyaları dəstəklədiyi, Baltik ölkələrində rusdilli əhali arasında narazılıq toxumu səpdiyi, guya çeçen müxalifətinin liderləri olan şəxsləri Türkiyə və Avstriyada qətlə yetirdiyi, mütəmadi dezinformasiya yaydığı və hətta 2014-cü ildə sərhəddə Estoniyanın təhlükəsizlik əməkdaşını oğurladığı bəllidir. Buzzfeed saytının yanvarın 10-da dərc etdiyi məşhur dosyeyə görə, FSB həm də Trump-a qarşı kompromat toplayaraq onu Putin-in marionetkasına çevirməyə çalışır.

FSB NECƏ YARANDI

FSB-nin Rusiyanın hazırkı həyatında mərkəzi rol oynamasının səbəbi onun digər agentliklərdən daha böyük texniki imkanlara malik olması deyil. Bu, daha çox onun Rusiyanın digər təhlükəsizlik xidmətlərinin qoyduğu məhdudiyyətlərə sayqı göstərməməsi ilə bağlıdır. Başqa sözlə, FSB digərlərinin də görmək istədiyi, ancaq riskli, siyasi cəhətdən təhlükəli saydığı, yaxud da cavabsız qalmayacağını düşündüyü üçün görmədiyi işləri görür.

Boris Yeltsin (sol) və Mikhail Gorbachev, 5 sentyabr 1991

Boris Yeltsin (sol) və Mikhail Gorbachev, 5 sentyabr 1991

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin dəyişdirilməsi mümkün görünməyən KQB-ni buraxaraq yenidən yaratmaq çağırışlarna məhəl qoymadı. Əvəzində, 1991-ci ildən sonra o, KQB-ni böldü. KQB-nin casusluq fəaliyyətinə cavabdeh olan birinci direktoratının əsasında Xarici Kəşfiyyat Xidməti (SVR) yaradıldı. Daxili təhlükəsizliyə cavabdeh olan əksər şöbələrsə əvvəlcə təhlükəsizlik nazirliyinin çətiri altında birləşdirildi. 1995-ci ildə isə onların əsasında Federal Əkskəşfiyyat Xidməti (FSB) yaradıldı.

 

1998-ci ildə qurum tarixində ilk dəfə az tanınan keçmiş KQB zabiti tərəfindən idarə olunmağa başladı. Bu, Vladimir Putin idi. Qarşıdakı illər ərzində FSB onun ən güclü müttəfiqlərindən biri olacaq, rəqiblərini sıradan çıxaracaq, tabeliyində olanlara nəzarət edəcək, xalqın arasında müşahidə olunan hər hansı narazılığı yatıracaqdı. Əvəzində isə Putin FSB-ni himayə edəcək, ona əlavə səlahiyyətlər verəcək, sıralarındakı korrupsiyaya göz yumacaq, onun zabitlərinə yüksək vəzifələr verəcəkdi: regional qubernatorlardan tutmuş, özünün təhlükəsizlik şurasının rəhbərinə qədər.

CASUSLAR ONA EŞİTMƏK İSTƏDİKLƏRİNİ DESİNLƏR

Avtoritar dövlətin gizli polisi olmaq daha çox hədə-qorxu gəlmək, şantaj etmək, korrupsiyaya cəlb etmək və qətlə yetirmək deməkdir. Bundan başqa, Putin-in himayəsində olduqları müddətdə bu əməlləri rahatlıqla törədə, cəzalandırılmayacaqlarına əmin ola bilərlər.

FSB

FSB

FSB hiss etdi ki, Putin istəyir ki, casusları ona eşitmək istədiklərini desinlər.

FSB-nin Qərb siyasətinə müdaxiləsi narahatlıq doğuracaq dərəcədə təsirli görünür. Ancaq bu müdaxilə həm də Qərbin güclü reaksiyasına səbəb olur. Hazırda bu, okeanın hər iki sahilində ən çox müzakirə olunan məsələlərdəndir. Artıq alman və fransız təhlükəsizlik xidmətləri Moskvanın seçkilərə müdaxilə etməyə çalışacağına dair xəbərdarlıq ediblər.

Ancaq uzunmüddətli perspektivdə FSB Qərbə olduğu kimi, Putin-in özünə də təhlükə yarada bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen − fourteen =