Çanaqqalada “Sonuncu troyalı”nın skeleti tapıldı

0
306
Türkiyənin Çanaqqala vilayətində 5 min illik keçmişi işıqlandıran Troya ərazisində aparılan arxeoloji qazıntılar zamanı Şərqi Roma dövrünə aid sonuncu troyalının skeleti tapılıb.

Arazinfo.com ölkə.az-a istinadən xəbər verir ki, tapılan qəbirdə bişmiş torpaqdan hazırlanmış tikili və barmaq izi aşkar edilib.

Skeletin üzərindən Troya müqəddəs məbədlərini ziyarət edən insanlara verilən və ya satılan hədiyyəlik əşya olub. Üzərində qırmızı parçalar olan əşya 2.300 il əvvələ aiddir.

Alimlər bildirirlər ki, Troyada eramızın 500-cü ilində iki böyük zəlzələ olub. Zəlzələdən sonra sakinlər Troyanı bir neçə yüz il müddətinə tərk edirlər. XI əsrdən sonra, XIII əsrin ortalarına qədər burada Şərqi Roma imperiyası olub. Qazıntı aparılan sahə isə o dövrdə qəbirstanlıq kimi istifadə edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four + seventeen =