Cahangir Hacıyevə 15 il həbs cəzası verildi

0
622

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Virtualaz.org saytının xüsusi müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Cahangir Hacıyevə 15 il, Yusif Ələkbərova 7 il 6 ay, İbrahim Hüseynova 6 il 5 ay, Anar Sultanova 3 il (şərti), Məmməd Cahangirova 3 il (şərti), Kənan Orucova 3 il (şərti), Yusif Ələkbərova 7 il 6 ay həbs cəzası verilib.

Eyni zamanda, məhkəmə Betnəlxalq Bankın iddiasını təmin edərək, Cahangir Hacıyevin 63 milyon manat vəsaiti bankın hesana köçürməsi barədə hökm verdi.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxışında təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməklə Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov və Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il, Azad Cavadova isə 12 il 11 ay cəza istəmişdi.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN