Cəsarətli prezidentlər: Corc Vaşinqton

0
661

 

Tarixdə elə prezidentlər olub ki, onlar cəsarətli addımları ilə günümüzdə belə çoxlarını heyrətləndirməkdə davam edirlər. Onlardan biri də adət üzrə heç nədən çəkinmədən mühafizəsiz gəzməyi xoşlayan ABŞ-ın ilk prezidenti Corc Vaşinqtondur.

Tək və silahsiz

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun (1789-1797) vaxtında ölkədə olduqca təhlükəli vəziyyət yaranmışdı. Belə ki, ABŞ Böyük Britaniya ilə müharibə vəziyyətində olsa da dövlət rəsmiləri, o cümlədən, prezident Vaşinqton silahsız və mühafizəçisiz ölkəni gəzib-dolaşır və hər yerdə əhalinin güzəranı ilə maraqlanır və ya həyata keçirilməsi nəzərdə tutulan planları əyalət rəhbərləri ilə müzakirə edirdi. Halbuki, ətraf Vaşinqtonu sevməyən adamlarla və Böyük Britaniya casusları ilə dolu idi. Həmin dövrdə hətta soyuq silahlı adi bir adam belə prezidenti asanlıqla qətlə yetirə bilərdi. ABŞ tarixində özünəməxsus rol oynayan və ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirən Vaşinqton bütün bunları yaxşı bilirdi. Ancaq o, qorxmadan, ölkəninn təhlükəli yerlərinə səfər etməkdən sanki zövq alırdı. Amma bir dəfə o, az qala bu cəsarətin qurbanı olacaqdı. Növbəti əyalət səfərlərindən birində Vaşinqtona onu sevməyən bir qrup adam hücum edir. Prezident və yanındakı Baş nazir hücum edənlərə güclü müqavimət göstərirlər.Amma onlar10-12 nəfərin qarşısında uzun müddət duruş gətirə bilmirlər. Hücum edənlər Vaşinqtonu və baş naziri o ki var əzişdirdilər. ABŞ-ı idarə edən hər iki şəxsi labüd ölüm gözləyirdi. Lakin təsadüf prezidentin və Baş nazirin köməyinə çatır. Bələ ki, oradan keçən bir neçə əsgər dalaşanları ayırmaq üçün havaya atəş açırlar. Hücum edənlər əsgərləri görən kimi dərhal qaçıb aradan çıxırlar. Əsgərlər ağız-burunları qan içində olan prezident və Baş nazirə ilk tibbi yardım göstərirlər. Onlar əvvəlcə döyülənlərin prezident və ya baş nazir olduqlarını bilmirlər. Buna görə də, hər ikisini qabaqlarına qataraq yerli komendaturaya aparırlar. Döyülənləri sual-cavab etmək istəyən komendantın gözləri birdən-birə kəlləsinə çıxır. Qarşısında oturanların prezident və baş nazir oduğunu görən komendantın qorxudan az qala dili tutulur. Amma bu döyülmək Vaşinqtonu yenə əyaləti mühafiəzəçisiz gəzmək fikrindən daşındırmır. Belə ki, prezident onun mühafizəsini təşkil etmək istəyən komendantla razılaşmır və özünün düşməni olmadığını bildirir. Yalnız əyalətlərlə bağlı vəziyyəti tam şəkildə öyrənəndən sonra Vaşinqton öz qərargahına qayıdır. Vaşinqtonun şəxsi mühafizəçidən imtina etməsinin qəribə bir tarixçəsi var. 1776-cı ildə Vaşinqton Böyük Britaniya ağalığına qarşı üsyan edən koloniyaların azadlıq mübarizəsinə rəhbərlik edirdi. O vaxt Nyu-York ştatının qubernatoru işləyən Uilyam Trayon Böyük Britaniya ilə gizli əlaqə saxlayırdı. London ona tapşırmışdı ki, Vaşinqtonu həbs etsin və ingilislərə təhvil versin.Trayon isə bu planını həyata keçirmək məqsədilə 500 nəfərlik xüsusi hazırlıq görmüş və yaxşı silahlanmış dəstə hazırlamışdı. Trayon Vaşinqtonu həbs etmək niyyətilə onun şəxsi mühafizəçisi,18 yaşlı Tomas Hikki də ələ almışdı. Amma planın üstü təsadüfən açıldı.Trayonu və Tomas Hikki həbs etdilər. Baş komandana xəyanət üstündə Vaşinqtonun şəxsi mühafizəçisini dar ağacından asdılar. Bundan sonra, Vaşinqton bir də şəxsi mühafizəçi götürməməyi qərara aldı. O, beləcə gəzib-dolanmağın çox təhlükəli olduğunu yaxşı başa düşsə də, hətta prezident seçiləndən sonra da, Konqresdən mühafizəsinin təmin olunmasını xahiş etmədi. Halbuki, onun ətrafındakılar israrla prezidentə bildirirdilər ki, mühafizəçisiz gəzməklə risqə gedir və bu, ona baha başa gələ bilər. Amma Vaşinqton ölənə kimi mühafizəçisiz gəzdi.

“Prezidenti işləməyən ölkənin gələcəyi yoxdur”

Önun haqqında qəribə bir hadisəni ABŞ-da indi də sevə-sevə danışırlar. Deyirlər ki, bir dəfə Vaşinqton ölkəni gəzərkən yorulur və bir evdə qonaq qalmalı olur. Ev sahibi Vaşinqtonu sevməyən adamlardan biri imiş. O, süfrəyə çörək qoyur və qonaq yedikcə başlayır Vaşinqtonun əleyhinə danışmağa. Prezident isə heç nə demir. Sonra ev sahibi köməyə ehtiyacı olduğunu bildirir və qonağı həyətində möhkəmcə işlədir. Nə isə, qonaq dinib-danışmadan bütün günü ev sahibinə kömək edir. Səhəri gün Vaşinqton yola düşəndə ev sahibinə deyir: “Prezidenti həm söydün, həm də işlətdin. Sən tarixdə prezidenti söyə-söyə işlədən birinci və sonuncu adam olacaqsan”. Bu sözlərdən sonra Vaşinqtonu ev sahibi tanıyır və dərhal onun qarşısında diz çökərək üzr istəyir. Vaşinqton isə ona: “Bu ölkənin gələcəyi prezidentin tər tökə-tökə işləməsindən asılıdır. Prezidenti işləməyən ölkənin gələcəyi yoxdur”, – deyir.

BIR CAVAB BURAXIN