Cənubi Koreyada Yaponiyanın iri metallurgiya kompaniyasına məxsus əmlakın müsadirə edilməsinə başlanılıb.
Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kyodo agentliyinin yaydığı məlumatda deyilir. Buna səbəb kimi isə hazırda Nippon Steel & Sumitomo Metal korporasiyası adı altında fəaliyyət göstərən qurumun II Dünya müharibəsi illərində koreyalıları məcburi əməyə cəlb etməsi göstərilir. Cənubi Koreya Ali Məhkəməsi ötən ilin payızında o vaxt məcburi əməyə cəlb edilən 4 nəfərin iddia ərizəsi əsasında Nippon Steel & Sumitomo Metal korporasiyasını 350 min dollar cərimə edib. Lakin yaponiya hökuməti bu məsələnin iki ölkə arasında 1965-ci ldə imzalanan anlaşma ilə həll edildiyini bildirərək cəriməni ödəməkdən imtina edib. Bununla razılaşmayan Cənubi Koreya sərt addımlar ataraq Nippon Steel & Sumitomo Metal korporasiyasının əmlakını müsadirə etməyə başlayıb.