Cənab Şults xeyli narahat olub! – Ankaranı «hədələyir»

0
595

11

Türkiyədə terroru və terrorçu hörgütü (PKK) dəstəkləyən Xalqların Demokratik Partiyasının (XDP) həmsədrləri və bir neçə üzvünün həbs olunması Avroparlamentin sədri Martin Şutlsu xeyli narahat edib. Cənab, narahatlığını Türkiyə dövlətinə qarşı açıq hədə ilə ifadə edib: «Türkiyədə kürd deputatların saxlanması Ankaranı Avropa İttifaqından (Aİ) uzaqlaşdırır».

«Dünən axşam yüksək səviyyəli şəxslərin həbs olunması ilə Türkiyə sadəcə, demokratiyadan uzaqlaşdığını yox, həm də Aİ ilə Türkiyə arasındakı münasibətləri dəstəkləyən dəyərlərə, prinsiplərə və qaydalara arxa çevirmiş olduğunu ortaya qoyub» – deyə, cənab Şults xeyli sürüşkən bir bəyanatla çıxış edib və hətta tonunu bir qədər qaldıraraq «bu vəziyyət təcili surətdə həll olunmalıdır» göstərişi verməkdən belə, çəkinməyib. Sanki bu Şults, Türkiyə qanunlarına məhəl qoymadan, terrorçu hörgütə hər cür dəstək verən Səlahəddin Dəmirdaşın və digərlərinin vəkiliymiş.

Bununla, Avropa İttifaqı və siyasətçiləri növbəti dəfə terrorun və terrorçunun yanında olduqlarını ortaya qoymuş olurlar. Bu zaman, onlar digər dövlətin daxili işlərinə qarışmaq kimi təcavüzkar siyasətdən əl çəkmədiklərini açıq-aşkar ifadə edirlər.

“AzPolitika”

BIR CAVAB BURAXIN