“Cəbhət ən-Nusra” Suriya ordusuna hücum edib

0
246

Suriyada müxalifətdə olan “Cəbhət ən-Nusra”silahlıları yanvarın 22-dən 23-nə keçən gecə İdlib ətrafında Suriya ordusuna qarşı hücuma keçiblər.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Suriyadakı Rusiya Sülh Mərkəzinin rəhbəri general-leytenant Sergey Solomatin deyib. O qeyd edib ki, “Cəbhət ən-Nusra” silahlıları hər birində150-200 nəfər olmaqla İdlib ətrafındakı Abu Duhur və Abu Çarca yaşayış məntəqələrinə hücum ediblər: “Şiddətli döyüşlər nəticəsində silahlı terrorçular Suriya ordusunu 1,5-2 kilometr geri çəkilməyə məcbur ediblər. Lakin düşmən üzərinə endirilən raket zərbələrindən sonra terrorçu qruplaşmaları əvvəlki mövqelərinə geri çəkilməyə məcbur olublar”.