Cəbhədə erməni kəşfiyyatçısı öldürüldü

0
442
 

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən mövqelərindən birində erməni kəşfiyyatçısı zərərsizləşdirlib.

Virtualaz.org bildirir ki, bu barədə 1news.az hərbi mənbələrə istinadən məlumat yayıb. Mənbədən verilən xəbərə əsasən, hadisə yanvarın 17-də gecə baş verib.

Belə ki, erməni kəşfiyyatçı gecə görmə qurğusu ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müşahidə edirmiş. Həmin an kəşfiyyatçı müəyyən edilərək məhv edilib.

Amma hadisədən iki gün keçməsinə baxmayaraq, erməni tərəfi əsgərin ölümünü ictimaiyyətdən ciddi səylə gizlədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 2 =