Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar

0
1629

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş bölgələrmizə hər səfərlərində olduğu kimi, bu dəfə də Füzulidə, Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur obyektlərinin və yaşayış binalarının təməl qoyma mərasimlərində iştirak  ediblər. Səfər zamanı dövlət başçımız və Birinci vitse-prezident Zəngilan şəhərində ilk yaşayış binasının və orta məktəb binasının təməlini qoyublar, Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər. Bu layihələr Böyük Qayıdışın Ağalı kəndindən sonra Zəngilanda daha geniş miqyasda icrasına başlandığından xəbər verir.

Əzəli torpaqlarmızın 30 illik erməni işğalından azad edildikdən sonra geniş vüsət alan bu bərpa-quruculuq işləri Böyük Qayıdışın getdikcə daha yaxından eşidilən addım səsləridir. Biz əminik ki, bölgənin iqtisadi dirçəlişi ilə bağlı olan layihələrin hamısı uğurla başa çatdırılacaq. Köçkünlük həyatı yaşayan soydaşlarımızın yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil.  Həmin səfər zamanı nəyin ki, ölkə daxili dünya əhəmiyyətli açlış oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyi gündə belə bir iri miqyaslı regional layihənin reallaşması iki qardaş ölkənin dünyaya verdiyi növbəti mesaj idi.

 

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri