Bütün dünya Nazarbayevin məqsədini anlamağa çalışır: Niyə indi?

0
761

Bütün dünya Nazarbayevin məqsədini anlamağa çalışır: Niyə indi?

Qazaxıstanın latın qrafikalı əlifbaya keçmək cəhdi nə ilə nəticələ bilər?

Aprel ayının əvvəlində Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2025-ci ilə qədər Qazax əlifbasının tam olaraq latın qrafikalı əlifbaya köçürüləcəyini demişdi. Bu addım özlüyündə çox müxtəlif səbəblərdən atılır. Bəzi ekspertlər bunu respublikanın Rusiyanın mədəniyyət sahəsindən çıxışı və bir növ bəzi dəyişikliklər edə bilmək üçün sivilizasiya seçimi kimi qiymətləndirirlər.

Amma bir çox suallara dəqiq cavab vermək olmur. Qazaxıstanın əlifbanı dəyişdirmək cəhdinin əsas səbəbi nədir? Ölkə hakimiyyəti illər sonra niyə hakimiyyətin yazı sistemini dəyişdirmək fikrinə düşüb? Bu vəziyyətin 1930-cu illərdə SSRİ-də gedən müzakirələrlə nə kimi əlaqəsi var?

Dilin yenidən dəyişdirilməsi

Aprel ayının 12-də Nazarbayevin sərəncamına əsasən Qazax əlifbasının latın qrafikalı əlifbaya köçürülmə prosesinin strukturu hazırlanıb. 2017-ci ilin sonlarına əlifbanın standart forması tərtib olunacaq. 2018-ci ildən mütəxəssislər əlifbanın köçürülməsinə başlayacaq və latın qrafikalı əlifbanın 2025-ci ilə qədər tamamlanması nəzərdə tutulub.

Əlifbanın dəyişdirilməsi haqqında daha əvvəllər də Qazaxıstanda danışıqlar aparılıb. Nazarbayevin “aprel tezisləri” bir növ əhaliyə 2012-ci ildə təqdim edilmiş “2050-ci ildə Qazaxıstanın Strategiyası”na dair sənədləri xatırladıb. Nazarbayev dövlətin yeni siyasi kursunda qeyd etmişdi ki, latın qrafikalı əlifbaya keçid yalnız Qazax dilinin inkişafına xidmət etməyəcək, həm də onu müasir informasiya dilinə çevirəcək. Eyni hadisə 2006-cı ildə də təkrarlanmışdı. Prezident Nursultan Nazarbayev xalq qarşısında çıxışında da latın qrafikalı əlifbanın ölkə üçün daha əlverişli ola biləcəyini izah etmişdi.

Bəs görəsən Qazaxıstan lideri prosesi niyə məhz bu ərəfələrdə xatırladı?

Bu ilin yanvar ayında Prezident Administrasiyasının ideoloji işinin uğursuz gedişatı ilə əlaqədar yeni təyinatlar verilib. Qazaxıstanın Rusiyadakı keçmiş səfiri Marat Tajin Prezident Administrasiyasının rəhbərinin birinci müavini təyin olunub. Politoloq Daniyar Aşimbayev Marat Tajinin geri dönüşünü cəmiyyət ilə hakimiyyət strukturları arasındakı qarşılıqlı fəaliyyətin səmərəli üsullarla yenidən gözdən keçirilməsi ilə əlaqələndirir. Ölkədə Marat Tajin kimi sosioloqlara ehtiyac var.

Astanada ideoloji blok yenidən nəzərdən keçirilməlidir. Son illərdə ölkə bir sıra problemlər yaşayıb: iqtisadi böhran, terror aktları, bunlardan daha önəmlisi – hakimiyyətdaxili münaqişələr.

“Şriftlərlə oynamaq”

Qazaxıstanda sənayeləşdirmənin ilk beşilliyi ərzində iqtisadiyatın müasirləşdirilməsinə nail olunmayıb. Deyək ki, bu şərtlərdə əlifbanın dəyişdirilməsi, sivilizasiya, müasir Qərb dünyasına daha da yaxınlaşmaq və formal müasirləşmə məqsədi güdür. Yerli politoloq Yerlan Karininin sözlərinə görə, respublika bu addımı o, hələ Qazaxstan institutuna başçılıq edən zamanlardan düşünür:

“Latın qrafikasına keçid sivilizasiya deməkdir. Bu açıq və qlobal dünyanın xeyrinə atılmış addımdır”. Paytaxt Astana, bu seçimin ölkənin iqtisadi strukturunun dəyişməsinə və nəhayət Qərbə ən azından yazı sahəsində yaxınlaşmasına təkan verəcəyini düşünür.

Qazaxıstan mətbuatı baş verənlərə maraqlı şəkildə şərh verib:

“Dizaynerlər şriftlərlə oynamaq istəyəcəklər. Qazax dilinin öyrənilməsi üçün yeni metodikalar, jurnallar hazırlamağa başlayacaqlar. Bizə təzə baxış, ideya lazımdır”.

Hədəflər artıq aydındır

Sözsüz, Qazaxıstan ziyalıları əlifbanın dəyişdirilməsini “müstəmləkəçiliyin ləğvi” və Rusiyanın mədəni sahəsindən simvolik çıxış kimi qiymətləndirir. Tarixin ironiyası burda da sovet ideoloji sxemlərini izləyir. Belə ki, hələ 1934-cü ildə Kommunist Partiyasının birinci katibi İosif Stalin respublikadakı bolşeviklərə ana dilini inkişaf etdirərək hakimiyyət orqanlarında, administrasiyalarda, təsərrüfat orqanlarında istifadə olunmasını qarşıya məqsəd qoymuşdu.

Göründüyü kimi, məsələlər, 80 il sonra da dəyişməyib. Sovet ziyalıları son bir neçə onillikdə Rusiyanın mədəni sahəsindən inadla çıxmağa müfəvvəq olublar. “Bu onlarda nə qədər uğurlu alınır” və “realda Rusiyanın buna qarşı mövqeyi necədir” kimi soallar çox mübahisəlidir.

Qazaxıstanın latın qrafikalı əlifbaya keçməsi faktiki olaraq Rusiyanı qıcıqlandıracaq.

Ən maraqlısı da odur ki, Özbəkistan, Azərbaycan və Türkmənistanın latın qrafikalı əlifbadan istifadə etdiyi bir vaxtda Qazaxıstanda bu mövzuda gedən mübahisələr artıq mənasızlaşır. Türkmənistanı başa düşmək olar, ölkənin bağlılığına görə bu vacib idi. Lakin daha iki keçmiş sovet dövlətinin seçimi göz qabağındadı. Özbəkistan hələ tam olaraq dövlət işlərini latın əlifbasına keçirə bilməyib. 2016-cı ildə keçirilən dil islahatları ölkə prezidentliyinə namizəd Sərvər Otamuratov tərəfindən tənqid olunmuşdu. Demokrat Partiyasının sədri latın qrafikasında Azərbaycan təcrübəsini uğurlu hesab etdiyini demişdi. Tənqidçilərin fikrincə isə ümumi latınlaşdırılma vətəndaşların daha az oxumasına gətirib çıxarır.

Sözdə Qazaxıstanın peşəkar ədəbiyyatçıları qonşu ölkələrin təcrübələrini nəzərə alıblar. 2013-cü ildə latın əlifbasına keçid haqqında tezisin nəşrindən sonra yazıçılar hökümət başçısına açıq məktubla müraciət ediblər:

“Respublikada bu günə qədər ölkənin qədim tarixi, elmi fəaliyyətindən bəhs edən milyona yaxın kitab dərc edilmişdir. Əlifbanın dəyişdirilməsi gələcək nəsilləri öz tarixi və keçmişi haqqında geniş informasiyalardan məhrum edəcək”.

Məktub müəllifləri diqqəti xüsusi olaraq hazırda, Qazax dilinin mənimsənilməsində olan problemlərə yönəldiblər. Onlar düşünürlər ki, bu şəraitdə ikinci bir radikal islahat məntiqsiz addım olar.

Svilizasiya

Qazaxıstanın latın qrafikasına keçidi ciddi problemlərə yol açacaq. Birincisi, bu seçim çox ciddi maliyyə xərcləri tələb edir ki, təxmini rəqəmlər belə milyard dollarla qeyd edilir. Birmənalı olaraq, ziyalıların bu islahatları çox böyük vəsait ayrılmadan mənimsəməsi, reallaşdırması ölkə üçün çox böyük üstünlük olardı. Başqa bir tərəfdən isə hələ bu günə qədər humanitar sferada bənzər layihəyə imza atılmayıb. İkincisi isə əlifbanın dəyişdirilməsi Qazax dilində təhsil almış vətəndaşlara, elmi işçilərə çətinlik yaradacaq. Ölkənin intelektual səviyyəsində və mütaliədə ciddi geriləmə olacaq.

Əlbəttə, ölkədə latınlaşmanın lehinə və əleyhinə olan kütlə formalaşıb. Əlifbanın dəyişdirilməsinin tərəfdarları sadalan problemləri mənasız hesab ediblər. Bənzər suallara cavabı olaraq deputat Azad Peruaşev bildirib:

“Mədəni və müasir dünyaya doğru yola çıxmaq hər zaman çətin olur. Lakin nəzərə almaq lazımdır ki, bütün çətinliklərin müqabilində sən yeni bir dünyaya çıxırsan. İslahatlara başlanılsa, tez bir zamanda yeni əlifba müvəffəqiyyətlə mənimsəniləcək”.

Astananın müasir ideloji sferada agentliklərlə rəqabət apara bilməsi üçün bu yeniliyə ehtiyacı var. Onlar müasir kommunikasiya vasitələrindən məharətlə istifadə edirlər. Əhalinin suallarına necə cavab vermək lazım olduğunu yaxşı bilirlər.

Dəyişikliyin yalnız Qazaxıstanda yaşayan əhaliyə və ya ümumən etnik qazaxlılara təsir edəcəyi sual olaraq qalıb. Rusiya rəsmiləri hadisə ilə bağlı heç bir fikir söyləməsələr də, baş verənlərin onların ürəyincə olmadığı açıq-aşkar görünür. Qazaxıstan isə israrla bildirir ki, dil islahatları Moskva və Astana arasındakı münasibətlərə qəti şəkildə təsir göstərməyəcək.

Bəs onda hakimiyyət 80-90 il əvvəlki ideoloji sualı niyə müzakirəyə qoymağa çalışır? Görünür o dövr üçün cəmiyyətin gündəmində tam başqa proseslər durub. Bu şəraitdə ideoloqlar ən güclü bazanı yalnız marketoloqların müvəffəqiyyətli təcrübələrindən əldə edə bilərlər. Vətəndaşlara güclü emosiyalar lazımdı. Təbii ki, belə olan halda şriftlər və ölkə büdcəsi ilə oyunlar qaçılmazdır.

Könül Cəfərli

BIR CAVAB BURAXIN