“Burada nə vaxt seçiciləri qəbul etmisiniz?” – Spiker xanım deputata

0
510

Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva parlamentin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.

“Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Nə vaxt burada seçicilərinizi qəbul etmisiniz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda (AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu – red) qəbul edirsiniz.”Modern.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six + 17 =