“Bu sürətli talana hətta ABŞ iqtisadiyyatı da davam gətirə bilməz” – Qubad İbadoğlu

0
492

Aşağıdakı açıqlamalar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə məxsusdur.

Onun söylədikləri Azərbaycan dövlətinin vəsaitlərinin xaricdə necə talan olunduğunu aşkar göstərdi. Xarici ölkələrdə 100 milyonları, milyardları batıranlar indi borc götürmək üçün Dünya Bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, Asiya İnkişaf Bankında saatlarla danışıqlar aparırlar. “Belə idarəetməyə”, bu sürətli talana hətta ABŞ iqtisadiyyatı da davam gətirə bilməz. Diqqət edin.

“Metanol Zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə Metanol zavodu işləmir?

Və yaxud da başqa bir misal – Albaniya Neftayırma Zavodu haqda. Şirkət də tapılmışdı, amma buna da imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi.

Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də neft fondundan da 1 milyard alıblar.”

O çox mətləbləri açıqlamadan məhkəmədə son sözünü tamamladı, elə buna görə də mənimsəməkdə ittiham olunduğu hər 3 milyon 133 min 333 manata görə 1 il və bütövlükdə 47 milyon manata görə 15 il iş aldı.

Qubad İbadoğlu, tanınmış iqtisadçı alim

BIR CAVAB BURAXIN