Bu savaş Türkiyəyə görə başlayacaq

0
592

Türkiyə qoşunlarının İraqın şimalında qalması regional müharibəyə səbəb olacaq.

 

Bunu jurnalistlərə açıqlamasında İraq Baş naziri Heydər Abadi söyləyib. Onun sözlərinə görə, Bağdad bundan öncə Türkiyəni İraqın daxili işlərinə qarışmaması ilə bağlı dəfələrlə xəbərdar edib.

 

O, İraqın Ankara ilə hərbi qarşıdurmaya girmək istəmədiyini bildirib.

 

Qeyd edək ki, Türkiyə keçən il İraqda özünün hərbi qüvvələrini yerləşdirib. Ankaranın əsas məqsədi İraq hərbi qüvvələrinin İŞİD-lə mübarizəyə hazırlanmasını təmin etməkdir.

BIR CAVAB BURAXIN