Bu ölkədə qadınlara velosiped sürmək qadağan edildi

0
493

İranda qadınlara ictimai yerlərdə velosiped sürmək qadağan edilib.

  Dini lider Əli Xamneyinin bu fətvası xalq tərəfindən etirazla qarşılanıb.

İranlı qadınlar, etiraz əlaməti olaraq İnstaqram və  Twitter sosial şəbəkələrində velosiped sürdükləri şəkilləri paylaşıblar.

Qeyd edək ki, bir neçə gün öncə İranın dini lideri Ayətullah Əli Xamneyinin rəsmi səhifəsində “Qadınların naməhrəmlərin görəcəyi yerlərdə velosipedə sürməyi haramdır”,- deyə bildirilib.

Publika.az

BIR CAVAB BURAXIN