Bu müsəlman qadının 6 aydır, ürəksiz yaşadığı bəlli oldu

0
684

 
Selva Hüseyn adlı müsəlman qadın bir ilə yaxındır ki, ürəksiz yaşayır.
Arazinfo.com moderator.az-a istinadən xəbər verir ki. bu haqda “Daily Mail” nəşri xəbər yayıb.  Böyük Britaniyada  yaşayan S.Hüseyn ölkənin ən unikal qadını hesab olunur.  Məsələ ondadır ki, bu müsəlman xanımın sinəsində ürək yoxdur. Onun hazırkı “ürəyi” daim kürəyindən asdığı çantadakı elektrik mühərrikli qurğudan ibarətdir.
Ağlagəlməz xəstənin tarixi altı ay öncə başlayıb. İki uşaq anası olan 39 yaşlı  Selva bir gün qəflətən kəskin təngnəfəslik və zəiflik  hiss edib. O , zorla avtomobilinə  minib və özünü sahə terapevtinə çatdırıb. Oradan qadını xəstəxanaya aparıblar. 4 gündən sonra isə Selvanı dünyaca məşhur başqa bir xəstəxanaya göndəriblər.  Selvanın vəziyyəti o dərəcədə ağır olub ki,  köçürmə əməliyyatından salamat çıxa bilməzmiş.  O halda müsəlmanın əri qeyri-adi və son dərəcə riskli bir əməliyyata razılıq verib. Selvanın xəstə ürəyini yerindən çıxararaq  onun yerinə borularla süni ürəklə  əlaqələndirilən plastik kameralar yerləşdirilib.
Britaniyalı qadın daim süni ürəyini özü ilə daşımaq məcburiyyətində qalıb. Hər hansı bir nasazlıq və ya batareyanın bitməsi halında Silvanın yaxınlarının ehtiyat qurğunun buraxılması üçün yalnız 90 saniyə vaxtı qalır.  Əks halda o, həyatını itirə bilər.
Belə çətin bir vəziyyətdə müsəlman qadını iki azyaşlı övladı –  yaş  yarımlıq qızı  və 5 yaşlı oğlu yaşamağa  həvəsləndirir. Müsəlman xanım bu vəziyyətdə yaşaya bilməsini Allahın qüdrət əlamətlərindən biri hesab edir.
 

BIR CAVAB BURAXIN