Bu məşhur binanın yerində qadınlar əvvəllər pir salmışdılar

0
657

Azərbaycanda Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb. Mühirəbədən sonra sovet hökuməti elmin, nə dərəcədə önəmə sahib olduğunun fərqinə vardıqdan sonra xilaskar şəhərlərdən biri olan Bakıda elmi mərkəzin açılmasına izn  verdi.  Rəyasət Heyəti İsmailiyyə Sarayına köçürüldü. Hansı İsmailiyyə ki, onu milyonçu Nağıyev dünyadan vaxtsız köçən oğlu İsmayılın şərəfinə tikdirmişdi.
Əvvəlcə bu binanın tarixi barəsində: İsmailiyyənin əsası tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Milyonçunun oğlu Ağa İsmayıl vərəm xəstəliyindən vəfat edir.
 1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Ərizədə Xeyriyyə Cəmiyyətinin binaya ehtiyacı olduğu əsaslandırılır. Ona görə də “Kaspi” redaksiyası ilə (o dövrdə “Kaspi” qəzetinin redaksiyası indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (indiki Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsinin Xeyriyyə Cəmiyyətinə verilməsi xahiş olunur.
Bakı şəhər Duması 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Torpaq sahəsi Xeyriyyə Cəmiyyətinin şəxsi mülkiyyətinə yox, Müsəlman Xeyriyyə Cəmiyyətinin Bakıda mövcud olduğu müddətə cəmiyyətin pulsuz istifadəsinə verilir. Lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, oğulunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunur.
“İsmailiyyə” binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. M.Ə.Rəsulzadə sonralar Türkiyədə nəşr etdirdiyi «Azərbaycan Cumhuriyyəti» kitabında bu bina haqqında yazırdı: «Bəlkə də islam aləmində böylə bir məqsədlə yapılmış binaların əzəməti etibarilə birincisidir.
1918-ci ilin Mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı binalarına da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalardan biri də İsmailiyyə sarayı olur. Saray əvvəlcə qarət edilir, daha sonra isə yandırılır. Sarayda törədilən yanğın zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv olub.
Binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdirdi. Salonların döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edirdi.
Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləmələri alovun hərarətindən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdü. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki,artıq tikinti materialı kimi istifadə olunmaz hala gəlmişdi.
  Həmin ərazi (indiki İçərişəhər metrostansiyasının yaxınlığı, İqtisadiyyat universitetinin qonşuluğu) İsmailiyyə Sarayı tikilməmiçdən əvvəl də çox məşhur imiş. Səbəbini isə köhnə Bakının bilicisini yazıçı Qılman İlkinin xatirələrinə istinadən sizə təqdim edək:
“İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası yerində vaxtı ilə iri bir daş olub. Bu daşın adı Pirvənzəri idi. Bakı arvadları onu bir vaxt pirə çevirmişdilər. Guya doğmayan arvadlar onu ziyarət edəndən sonra uşağa qalırlarmış. Başqa vaxtlarda isə bu daşın olduğu yer qadınlar üçün gəzinti yeri olmuşdu. Yuxarıdan dağ ətəyi ilə Bibiheybətə ziyarətə gedən arvadlar burada dincəlmək üçün düşərgə salarlarmış. Deyilənə görə, burada ciyər kababı bişirmək bir dəb imiş”.
 
Elmin Nuri

BIR CAVAB BURAXIN